Ruhunun apardığı yerə sürükləyən, uzun bir səfərdir eşq
Keçmişi, gələcəyi, bu günü sorğulayan, gülümsədən bir fotoşəkildir eşq
Həyatın uzunluğuna ya da qısalığına aldırmayan, iz buraxan bir addımdır eşq
Nə izah etmək istədiyini deyil; nə aydın olduğunu, özündə nə tapdığını gördüyün bir düşüncədir eşq
Sahib olduğun bütün hərfləri düşünmədən verə bildiyin bir cümlədir eşq
Varisi tək, tükənməsi istənməyən bir mirasdır eşq
Xülyalara salan, küləyin qanadlarındakı musiqidir eşq
Bəlkə bədənində daşıdığın, bəlkə ruhunda, bəlkə ürəyində, bəlkə də sətirlərinin içində doğan, sevginlə böyütdüyün bir körpədir eşq
Bezdirməyən, peşman oldurmayan, qorxdurmayan bir ümiddir eşq
İncə incə, sözlərini işlər kimi, ürəyini damlatmaqdır eşq
Duyğularını rəqs etdirən bir baxışdır eşq
Nəfəs almaq, ürəyi yenidən atdırmaqdır eşq
Görmədən duymaq, eşitmədən toxunmaq, hiss etmədən var olmaqdır eşq
Harada olduğunu bilməmək, zamanın axışında sovrulmaqdır eşq
Aydın olmamaq, anlaya bilməmək, yenə də bezməməkdir eşq
Gücsüzlükləri gücləndirən, yorulmaq nədir bilməyən bir istəkdir eşq
Zehini təmizləyən, gözəllikləri yığan bir təzəlikdir eşq
Sıfırı gözə almaq, böyük risklərə girməkdir eşq
Susmamaq, möcüzələrə inanmaqdır eşq
Tərifsiz, sonsuz bir xoşbəxtlikdir eşq
Bərabər olmaq, eyni qalmaq, sevgini bərabərləşdirməkdir eşq
Ağrıları silmək, gülücükləri çoxaltmaqdır eşq
Tək olmaq, birlikdə yol almaqdır eşq
Gözləmək, itirməməkdir eşq
Sətirlərin dağlaşması, göllərin dastanlaşmasıdır eşq
Bəzən bir kəpənək, bəzən bir böcək, bəzən də bir nağıl qəhrəmanı olmaqdır eşq
Kimsənin eşidə bilmədiyi bir tonda, səssiz qışqırıqlar atmaqdır eşq
Sözlərə həyat vermək, fantastikaları canlandırmaqdır eşq
Çıxardığın gözəl söz sayı deyil, fəth etdiyin ürəkdir eşq