Fərqli ölkələrin atalar sözləri

Son güncelleme:

  • Malayziya
    Yaşını söyləyən qadın ya gənc olduğu üçün itirəcəyi heç nəyi yoxdur, ya da yaşlı olduğu üçün qazanacaq bir şeyi yoxdur.......

    Sudan
    Heç bir mətbəx iki qadını götürəcək qədər zəngin deyildir.

    İskandinaviya
    Az qorx, çox ümid et. Az ye, çox çeynə. Az danış, çox başa sal. Az nifrət et, çox sev və ən gözəl şeylər səninlə olsun..

    Yamayka
    Subay ikən iki gözünü aç, evləndikdən sonar birini bağla.

    Danimarka
    Vədlər vilayətində insan acından ölər..
    Kar ərlə kor bir arvad xoşbəxt bir cütlükdür..

    Tailand
    Evlilik bir qala kimidir. Çöldəkilər ora girmək üçün, içərdəkilər də çölə çıxmaq üçün səy göstərərlər

    Kolumbiya
    Köhnə sevgilər sönmüş kömür kimi asanlıqla alovlanar.

    Venesuela
    Qadınlar gülə bildikləri zaman gülərlər, istədikləri zaman ağlayarlar..
    Xoşbəxtlik hər kəsin həyatından bir dəfə keçər

    Rumıniya
    Biri sizi bir dəfə aldatsa günah onundur, iki dəfə aldatsa günah sizindir

    Polşa
    Qadın evlənmədən əvvəl, kişi isə evləndikdən sonra ağlayar..

    Peru
    Kişi yaşını saxlamağa, qadın isə saxlamamağa başladığı zaman deməli, qocalmışdır

    Bolqarıstan
    Qış günəşinə, qadın gülüşünə inam olmaz.
    Torbada nə varsa, şorbada da o var..

    Norveç
    Yalan sürətlə qaçar, gerçək isə addım-addım irəliləyər. Lakin yenə də vaxtında yetişər.

    Çili
    Gözəllik təbiətin qadınlara verdiyi ilk hədiyyə, eyni zamanda geri aldığı ilk şeydir

    Hollandiya
    Kitablar karlara səslənən dilsiz dostlardır..
    Yatağa yatdığım zaman problemlərimi paltarlarımla çıxarıram.
    Bir dəfə evlənmək tapşırıq etmək, iki dəfə evlənmək əyləncə, üç dəfə evlənmək çılğınlıqdır.
    Ömrümün sonuna qədər eşşəyə minməkdənsə, bir il ata minmək daha yaxşıdır..

    İrlandiya
    Bir adam ən çox sevgilisini, ən yaxşı şəkildə ailəsini, ən uzun müddətli də anasını sevər

    İran
    Şans davamlı çalışmağa bağlıdır.

    Qafqaz
    Qəlb ağlamazsa, göz ağlamaz

    Tibet
    Bir dəfə öyrəşdikdən sonra heç bir şey çətin olmaz.
    Nə qədər az hündürlükdən uçsan, düşdüyün zaman o qədər az incinərsən

    Nigeriya
    Evində hüzurlu olmaq istəyirsənsə həyat yoldaşının bütün istədiklərini et
    Kiçik üzüntülər danışar, amma böyük dərdlər dilsizdir
    Həqiqi dostu iki əlinizlə birgə tutun

    Misir
    Sevginin silləsi üşüm kimi şirindir..

    Qazaxıstan
    Bir ata doqquz övladı bəsləyər, doqquz övlad bir atanı bəsləməz

    Tükmənistan
    Küləkli gün gəz, yağışlı gün yat
    Yatan ilanın quyruğuna basma

    Boliviya
    Sevmək kaman çalmaq kimidir, bilməyən pis səslər çıxarar

    İsveçrə
    Gəncliyin gözəl bir üzü, qocalığın gözəl bir ruhu vardır...
    Köhnə sevgi paslanmaz

    Yuqoslaviya
    Bir formada doğular, lakin min bir formada ölərik

    Avstraliya
    Nəşəli yol yoldaşı yolu qısaldar..
    Zaman və sel heç kimi gözləməz..

0 0 0