Ayrılıq döyər bəzən qapılarımızı
Bir zamanlar Meydana gətirdiyimiz "biz" in əvəzini artıq sən mən tutar
Var olan iki ayrı qütbdür olarıq artıq
Ya "imtina edən" olarıq bu ayrılıqda..
Ya da " imtina edilən"
Bir seçimdir imtina etmək..
Gedərək bir daha geri dönməməyi gözə alaraq imtana edərsiniz
Bir zamanlar meydana gətirdiyiniz "biz"dən özünüzü ayırarsınız.
Həyata başqa bir yerdən başqa bir nöqtədən başlamaqdır imtina etmək
Yenidən başlamaqdır..
Sabah Və sabaha aid ümidlər vardır önünüzdə
Çıxılmazlıqdır imtina edilən olmaq
Gedən getmişdir ardında boşluğunu buraxaraq
Və siz tənha qalansınız.
Çətindir imtina edilən olmaq
Bir yoxluğun acısını ürəyinizdə an ba an daşımaqdır
İmtina edəndən geriyə qalan tənhalığı daşımaqdır.
Səssizliyi heç bir səslə doldura bilməməkdir
Suallarla daha da qaralıb uzanan gecələrdir
Dağılmaq parçalanmaqdır tərk edilən olmaq
Unutmaq üçün zamana ümid bağlamaqdır
Ayrılıq hər zaman çətin olur.
İstər tərk edən ol İstər tərk edilən.