Azərbaycan tele-radio məkanında problemlər

Son güncelleme: 17.01.2010 02:38
  • Müasir media sisteminin ən çevik qolu sayılan televiziya dünyanın vahid informasiya məkanına çevrilməsində önəmli rol oynayır. 20-ci əsrin ortalarından başlayaraq bəşəriyyətə öz xidmətlərini hər şeydə tətbiq edən televiziya hər şeydən əvvəl məlumat vasitəsi, milyonlarla tamaşaçı üçün xəbər qaynağıdır. Məhz bu səbəbdən televiziya həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Təckə Avropa Birliyinə daxil olan ölkələrin ərazisində hazırda 4800 telestansiya fəaliyyət göstərir. Bu ölkələrdə əhalinin 76 faizinin əsas informasiya vasitəsi məhz televiziyadır.

    Bəs nəyə görə Azərbaycan televiziya kanalları arzuolunan səviyyədə papulyar deyil? Azərbaycanın hazır ki, inkişaf şəraitinə baxmayaraq nəyə görə yeniliklər üçün texnikalar cəlb edib inkişaf üçün əlavə xərclər həyata keçirmirlər?

    Dünyanın aparıcı televiziya və radio kanalları müasir dövürün tələblərini nəzərə alaraq fəaliyyətlərində ciddi dəyişiklər edir,daim yeniləşir,auditoriyasını,ictiami rəyə təsir imkanlarını genişləndirirlər. Balanslandırılmış program siyasəti, yüksək efir mədəniyyəti,ictimai maraqlara xidmət, bir sözlər hər yaş dövrünün insanlarının əsas tələblərini nəzərə alaraq fərqli-fərqli yeniliklər edib daha da papulyarlaşırlar. Amma Azərbaycan televiziya məkanında monitorinq göstərir ki, yeniliklərə can atmayan, maraifləndirməyə, mənalı programlaşmayana məhəl qoymayan, ancaq reklamlar dərdini çəkən televiziya sahiblərinin səhvləri ucbatından Azərbaycanda televiziyaya olan maraq çox azalmışdır.

    Bu gün televiziya kanalları o dərəcə də çoxalıb ki, insanlar hər bir şeyi sıralaşdırıb kollaj yaradıb hər kəs öz tələblərinə görə müxtəlif şeyləri seyr edirlər. Məhz televiziya qarşısında oturan tamaşaçısının niyə baxıram? məqsəd nədir? bu kimi sualları özünə verir. Bunun üçün əsasən tamaşaçılar iki tipdə iştirak edir. Xəbərlər,analitik,marifləndirici bu kimi digər programları seyr edənlər, ikincilər isə kino,serial,şou programları izləyən tamaşaçılar qismində iştirak edir.

    Azərbaycanda şou porgramlar ilk növbədə yeniyetmələri əsir edir edir, onların qavrayışını pozaraq düzgün inkişaf və tərbiyələnmə yolunda böyük maneə olur. Misal üçün belə programların davamlı izləyicisi olan orta məktəb uşağı az qala bütün müğənnilərin adlarını,bioqrafiyalarını bilir amma 2-3 alim,yazıçı və ya ölkənin milli qəhramanları haqqında bilməyib adlarını çəkə bilmirlər. İngilis yazıçısı Artur Kralkın sözlərilə desək, "bu gün televiziya uşaqların üçüncü valideyinə çevrilib". İndi bu "valideyin" uşaqların milli ruhra böyüməsində əsas və önəmli rol oynamalıdır.

    Hal-hazırda Azərbaycanın televizyia məkanını dünyada təmsil edən AzTv tele-kanalı marifləndirmə, ölkənin maraqlarını yaymaqda yaxşı olsa da milli dili çoxda gözəl təbliğ edə bilmir. Nümünə üçün bu kanlanda yayımlanan kinoların tərcümə səviyyəsini nəzərə alsaq unutmamalıyıq ki, buna bütün dünya baxır və dilimizin necə olduğunu eşidirlər. Məsuliyyəti dərk edib uşaq səsi üçün qoca səsi çıxarıb dünyaya o cürdə yayımlamaq düzgün olmaz. Ən azından bu eşidən əcnəbilərin gülüş hədəfinə çevrilib dilimizə olan fikirlərin dəyişməsinə səbəb olur.

    Kanallar açıldıqları gündən demək olar ki, bütün kanallarda eyni idealı verilişlər gedir. Maraqlı cəhətdə budur ki, eyni idealar var. O da ki, müğınni dəvət edib onlarla söhbət etmək, sms oxumaq, nə bilim nələr. Bir sözlə fərqli idealar yürüdülmür. Heç olmazsa xarici telekanallarının təcrübəsindən faydalanmaq olmazmı? Yəni bə qədər çətindir?

    Azərbaycan tele məkanının bir məqsədi var. Yarışlar,smslər və reklamlar. Bunların arxasında duran pullar. Halbu ki, maraqlı idealı verilişlər yaradıb daha çox reytinq qazanmaq olar.
#17.01.2010 02:38 0 0 0