1970-ci il, sentyabrın 9 - da Tolyattidəki «Voljsk» avtomobil zavodunda «Vaz-2101», başqa sözlə «Jiquli» markalı ilk avtomobil konveyerdən çıxıb. O gündən 39 il keçib amma hələ də «Jiquli»-yə sadiq olan sürücülər var. Deyirlər hər aşiqin öz dövranı var. 70-ci illərdə yollarımızın bəzəyi olan «Jiquli» bu gün 39 yaşını qeyd edir. «Vaz-2101»in ilk nümunələri çoxları üçün əlçatmaz idi. İndi isə «Jiquli»-ni yük avtomobili kimi istifadə edənlər var. «Jiquli»-ni cəlbedici edən daha bir məqamsa ehtiyat hissələrinin nisbətən ucuz olmasıdır. Düzdür, keyfiyyətindən bəzən şikayət edənlər də tapılır. Qəzaların çoxunu «Jiquli»-lərin törətməsi fikri isə bir qədər mübahisəlidir. Çünki pis maşın yox, pis sürücü var. Digər maraqlı bir fakt - 1970- ci ildən 1983-cü ilədək 2 milyon 702 min 657 «Vaz-2101» avtomobili istehsal edilərək, sürücülərin ixtiyarına verilib. Maşından danışmışkən avtomobil sevərlərə sevindirici bir xəbərimiz də var. Canlı yayımlanacaq şou «Qızıl həyəcan - 999» adlanır. Təşkilatçılar deyir ki, «Maşın»-ın yeni sürəti maraq baxımından digərlərindən nəinki geri qalmayacaq, əksinə daha çox tamaşaçının diqqətini cəlb edəcək. «Maşın»-ın 9-cu buraxılışının efirə çıxması isə təsadüfü deyil. Layihənin rəhbəri və həm də aparıcısı olan Murad Dadaşov təqvimdə üç doqquzun cəm olduğu bu tarixin verlişə uğur gətirəcəyinə inanır.