Kakao souslu sütlü keks

Son güncelleme: 14.01.2014 12:51
  • Şokolad, kakao sevənlər üçün ləziz bir keks . Xüsusilə uşaqlarınız bu kesklərə huşunu itirəcək.

    Keks üçün:


    4 yumurta,

    1,5 su stəkanı şəkər,

    1,5 su stəkanı un,

    4 yemək qaşığı kakao,

    1 paket vanil,

    1 paket qabartma tozu,

    2 su stəkanı süd (keksi islatmaq üçün)

    Kremi üçün:

    1 qutu krem şanti,

    1 su stəkanı süd

    Kakao sousu üçün:

    1 su stəkanı su,

    1 su stəkanı süd,

    2 yemək qaşığı kakao,

    1 yemək qaşığı nişasta,

    3 yemək qaşığı toz şəkər,

    2 yemək qaşığı marqarin

    Kakao souslu südlü keksin quruluşu: Yumurta və şəkəri dərin bir qaba qoyun. Mikser ya da çəngəl köməyiylə köpük köpük olana qədər çırpın. Yumurta və şəkərin üçün un, kakao, qabartma tozu və vanil əlavə edib yaxşıca qarışdırın. Keks xəmiri özünü tutduqdan sonra keks nimçəsi ya da keks qəlibini yağlayın. Hazırladığımız qarışığı tökün. Əvvəldən isidilmiş 180 dərəcə sobada təxminən 35 dəqiqə bişirin.
    Keks xəmiri bişərkən başqa bir tərəfdə yenə dərin bir kabın içinə krem şantini və südü qoyun. Mikserlə krem şaniti yaxşıca köpürüb özünə gələnə qədər çırpın. Hazırladığımız krem şantini soyuducuya qoyub bir az soyudun.
    Kakaolu sous üçün bir qazana yuxarıdakı bütün vəsaitləri qoyun. qarışdıraraq bişirin. İndi gələk keksimizi hazırlamağa. Keksimiz bişdikdən sonra bir az soyuduruq. Otaq istiliyinə gəlincə, 2 stəkan südlə keksi isladırıq. Daha sonra krem şanitni keksin üstünü örtəcək şəkildə sürtürük. Bu şəkildə keksi soyuducunda yarım saata qədər soyuduruq. Daha sonra üzərinə kakao sousunu töküb servis. Nuş olsun.

    Sevimli Xanım-Keks bişirərkən pik nöqtə: Keksin gözəl qabarması və qabaran keksin dərhal sönməməsi üçün keks bişərkən ilk 20 dəqiqə sobanın qapağını açmayın. Çünki ani istilik dəyişməsi keksin gözəl qabarmasını maneə törədir.

    alıntı
#14.01.2014 12:51 0 0 0