Darçınlı köklü keks

Son güncelleme: 14.01.2014 12:21
  • Vəsaitlər:
    3 yumurta
    3 qaşıq qatıq
    Yarım su stəkanı maye yağ
    1 stəkan tam + 1 stəkandan bir barmaq əskik un
    1 su stəkanı şəkər
    1 paket qabartma tozu
    1 çay qaşığı karbonat
    1 su stəkanı qoz
    3 Alma
    2 Kök
    1 çay qaşığı darçın
    1 çay qaşığı yenibahar
    1 paket vanil
    1 portağalın suyu
    3 yemək qaşığı şəkər

    Hazırlanması:
    Kök və alma rəndələnir. Qoz blendrlə çalınır. Yumurta və şəkər köpürənə qədər çırpılır. Maye yağ, qatıq əlavə olunur qarışdırılır. Kök, alma, qoz və ədviyyatlar əlavə edilir, bir az qarışdırılır. Un, qabartma tozu, vanil və karbonat birlikdə ələnir. Qarışığa əlavə olunur, qarışdırılır, yağlanmış nimçəyə yayılır. Əvvəldən isidilmiş sobada 180 dərəcədə 45-50 dəqiqə bişirilir. Sobadan çıxan tortun üzərinə, portağal suyu ilə şəkəri qarışdıraraq hazırladığımız sous gəzdirilir. Soyuyunca xidmət edilir.

    Nuş Olsun!

    alıntı
#14.01.2014 12:21 0 0 0