Azərbaycan'da Səhəyye Sistemi

Son güncelleme:
  • Azərbaycan'da Səhəyye-Saglik Sistemi

    Yetmiş ildən artıq bir müddətdə Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması birbaşa inzibatçılıqla həyata keçirilmişdir, iqtisadi tənzimləyicilər isə əslində olmamışdır. Səhiyyə sisteminin maliyyələşdirilməsi kəmiyyət göstəricilərinə, ilk növbədə çarpayı fonduna, tibb işçiləri və əczaçıların sayına, digər subyektiv göstəricilərə əsaslanırdı.

    Tibb müəssisələri, xüsusən də müalicə-profilaktika və sanitariya-epidemioloji müəssisələr vahid ümumittifaq normativlərinə əsaslanır, respublikanın, onun bölgələrinin, hər bir inzibati ərazinin spesifik xüsusiyyətləri, onların faktik infrastrukturu, endemikliyi, ölkə patologiyasının olması, ətraf mühitin, sanitariya abadlığının vəziyyəti və s. nəzərə alınmırdı.

    İdarəetmənin inzibati metodlarının amirliyi və keyfiyyət göstəriciləri əsasında dövlət maliyyələşdirməsi sahənin ekstensiv inkişafına gətirib çıxarmışdı.

    Səhiyyəyə ayrılan cüzi miqdarda vəsait yeni obyektlərin tikilib istifadəyə verilməsinə, resurs təminatı, yeni texnika və texnologiya ilə təchiz edilmə, kadrların ixtisasının artırılması əvəzinə, hazırlanan tibb kadrları sayının artırılmasına yönəldilirdi.

    Bəyan etdiyi humanist prinsiplərə baxmayaraq, əslində, sistem insana subyekt kimi deyil, həkimi və ya tibb müəssisəsini sərbəst surətdə seçmək, göstərilən tibbi yardımın keyfiyyətli olmasını tələb etmək hüququndan məhrum olan, səhiyyənin bir obyekti kimi baxırdı.

    Tamamilə aşkar idi ki, bəyan edilmiş humanist dəyərlər və məqsədlər öz qanunlarına tabe olan iqtisadi vasitələrdən təcrid edilmiş şəkildə mövcud ola bilməzdi.

    Son nəticədə səhiyyənin resurslarından son dərəcə səmərəsiz istifadə olunur, tibb işçilərinin öz vəzifələrinə qeyri-peşəkar münasibəti kütləvi xarakter daşıyırdı, göstərilən tibbi yardım mədəniyyətindən isə danışmağa dəyməzdi.

    Sovet İttifaqının dağılması və onun subyektləri arasında iqtisadi əlaqələrin qırılması, dövlətin ictimai-siyasi sisteminin dəyişməsi ölkənin iqtisadiyyatında, sosial həyatında və digər sahələrdə və əlbəttə ki, səhiyyə sistemində köklü islahatlar aparılmasını tələb edirdi.

    Hərbi əməliyyatların, Azərbaycan ərazisinin 20 faizə qədərinin işğal edilməsinin, 1 milyonadək qaçqın və məcburi köçkünün olmasının, əhalinin miqrasiyası və nizamsız yerdəyişməsinin dərinləşdirdiyi siyasi, iqtisadi və sosial böhran fonunda respublikanın səhiyyəsi öz resurslarının görünməmiş böhranı ilə qarşılaşmış, səhiyyə sistemi isə əhalinin tibbi-sanitariya yardımına olan minimum ehtiyacını hətta belə ödəmək iqtidarında deyildi.

    1991-1993-cü illərdə əhalinin sağlamlığının qorunmasına ayrılan vəsait, inflyasiya nəzərə alınmaqla on dəfələrlə azalmışdı. İmmunoprofilaktika sahəsində iş əslində dayandırılmış, infeksion xəstəliklərin qalıq ocaqları kəskin şəkildə fəallaşmış, epidemiyalar başlanmış, əhaliyə hamılıqla və pulsuz tibbi yardım göstərilməsi sistemi tədricən dağılmışdı (şəkil 1).

    Böhran nəticəsində demoqrafik göstəricilərin pisləşməsi meyli nəzərə çarpırdı.

    1991-ci ildən başlayaraq və 1996-cı ilədək doğum (orta illik sürət 12000 olmaqla) durmadan azalırdı, sonuncu 1998-ci ildə isə bu proses daha da dərinləşmiş, ilkin məlumatlara görə doğumun mütləq sayı 123966 olmuşdur.

    Səhiyyə sistemində islahatların zəruriliyini tələb edən amillərə görə ölüm halları 6,4-6,2 səviyyəsində sabitləşmişdi. 1998-ci ildə əhalinin hər 1000 nəfərinə görə ölüm halları 5,9 olmuşdur.

    Əgər 70-80-ci illərdə əhalinin təbii artımı sabit şəkildə 20-23 səviyyəsində qalırdısa, son illərdə bu göstərici dinamik surətdə azalaraq 1998-ci ildə 9,8-ə enmişdir.

    Sosial baxımdan təhlükəli xəstəliklərin xeyli artması xüsusilə qorxu törədirdi. Profilaktika işinə diqqətin kəskin şəkildə zəifləməsi, müalicə və epidemiyaya qarşı sanitariya tədbirlərinin görülməməsi polimielit, difteriya, malyariyanın epidemiyasına səbəb olmuş, quduzluq, brusselyoz, Sibir yarası, vərəm və digər infeksion xəstəliklərə tutulma halları isə artmışdı.

    Belə şəraitin bundan sonra da davam etməsi Azərbaycan əhalisini və millətin sağlamlığının nəticələri bəlli olmayan, son dərəcə müdafiəsiz vəziyyətə sala bilərdi. Səhiyyə sisteminin özü də büsbütün dağılmaq və iflasa uğramaq təhlükəsi qarşısında idi. Maddi-texniki təminatdan əlavə, idarəetmə sisteminin çox vacib elementi olan strateji və cari planlaşdırmanı və əhatə edən əvvəlki formasiyanın bəzi müsbət xarakteristikaları da itirilmişdi.

    Yaranmış vəziyyəti ətraflı öyrənmək, əhalinin sağlamlığının qorunması sahəsində dövlətin imkanları və öhdəliklərini uyğunlaşdırmaq, yeni şəraitə müvafiq olaraq planlaşdırmaya münasibəti təshih etmək, səhiyyə və əhaliyə tibbi yardım göstərilməsi sistemində islahatlar aparılmasının təbii mərhələlərini müəyyənləşdirmək təkidlə tələb olunurdu.


    Yalnız 1993-cü ildə respublikada səhiyyə sektorunda vəziyyətin qiymətləndirilməsinə dair səylər göstərildi və sahənin uzunsürən, dərin böhrandan çıxarılması üçün yollar axtarılmasına başlandı.

    Azərbacan xalqının ümummilli lideri Heydər Əliyev ölkəyə yenidən rəhbərliyinin ilk günlərindən başlayaraq siyasi, iqtisadi və sosial inkişafın təxirəsalınmaz vəzifələri sırasında səhiyyə problemini də başlıca problemlərdən biri - dərin analitik iş görülməsini, səhiyyə şəbəkəsinin və onun bütün potensialının sosial-iqtisadi formasiyanın prinsipcə yeni şəraitinə uyğunlaşdırılmasını tələb edən problem səviyyəsinə qaldırdı. Müsbət cəhətlər sırasında ölkə rəhbərliyinin ictimai-siyasi vəziyyəti sabitləşdirmək, cəbhədə bütün qarşıdurma xətti boyunca atəşi dayandırmaq, geniş sosial yardım proqramını həyata keçirmək, qaçqın və məcburi köçkünlər üçün kompensasiya mexanizmləri tətbiq etmək sahəsindəki fəaliyyətini xüsusi vurğulamaq lazımdır.

    Səhiyyə sisteminin istiqamətinin dəyişdirilməsi, əhaliyə tibbi yardım göstərilməsi və bu yardımın təşkili sahəsində islahatlar ölkənin iqtisadi və sosial infrastrukturunu inkişaf etdirməyin qlobal strateji proqramının, bazar iqtisadiyyatına malik dünyəvi, demokratik cəmiyyət qurulması prinsiplərinə söykənən proqramın bir hissəsi kimi müəyyənləşdirilmişdir.

    Buna uyğun olaraq, bütün sahənin təşkilini, onun xidmətlərinin mahiyyətini və faktik fəaliyyətini, habelə sahənin səmərəli fəaliyyətini təmin edən ictimai funksiyanı müəyyənləşdirmək yolu ilə onların qarşılıqlı münasibətlərini köklü surətdə dəyişdirmək, dövlət idarəetməsinin yeni sistemini yaratmaq vəzifəsi qarşıya qoyulmuşdur.

    1992-1994-cü illərdəki çətin proqnozlaşdırılan, müvafiq surətdə 1012,3% (1992-ci il), 1229,1% (1993-cü il) və 1763,5% (1994-cü il) təşkil edən inflyasiya, tibb müəssisələrinin fəaliyyət göstəriciləri həcminin, demək olar, dəyişməməsi və büdcə təxsisatlarının kəskin şəkildə azalması əhalinin sağlamlığının pisləşməsinə şərait yaratmış, sahənin texniki və texnoloji durğunluğuna səbəb olmuşdu.

    Demoqrafik göstəricilərin pisləşməsi ilə yanaşı, sosial baxımdan təhlükəli infeksion xəstəliklərin dinamikası da mənfi istiqamətdə dəyişmişdi.

    Beləliklə, səhiyyə sistemində yaranmış böhranın səbəblərindən biri sahənin dövlət tərəfindən maliyyələşdirilməsinin getdikcə azalması ilə mövcud strukturlar arasındakı qeyri-tarazlıq olmuşdur. Son illərdə Azərbaycan hökumətinin gördüyü tədbirlər, habelə pullu tibbi xidmətlərin inkişafı və beynəlxalq humanitar təşkilatların yardımı sayəsində səhiyyənin fəaliyyətinin bəzi mühüm istiqamətlərində problemin gərginliyi azalmış və ya aradan qaldırılmışdır. Bütünlükdə isə səhiyyə sistemində əsaslı islahatın aparılması Azərbaycan dövlətinin geniş iqtisadi və sosial siyasətində ən vacib vəzifələrdən biridir.
0 0 0
  • HİYYƏNİN YENİ SİSTEMİNİN QANUNVERİCİLİK VƏ HÜQUQİ ƏSASI

    Sahənin istiqamətinin dəyişdirilməsi və əhaliyə tibbi yardımın təşkili və göstərilməsi sahəsində islahatlar güclü qanunvericilik bazasının və hüquqi bazanın yaradılması ilə qırılmaz surətdə bağlıdır.

    Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə səhiyyə sektorunda aşağıdakı qanunlar təsdiq olunmuşdur:

    - əhalinin sağlamlığının qorunması haqqında (26.06.1997-ci il);

    - əhalinin sanitariya-epidemioloji sağlamlığı haqqında (10.11.1992);

    - donor qanı və onun komponentləri haqqında (07.02.1997);

    - insanın immunçatışmazlığı virusunun törətdiyi QİÇS xəstəliyinin yayılmasının qarşısının alınması haqqında (16.04.1996);

    - əczaçılıq fəaliyyəti haqqında (05.11.1996)

    Bundan əlavə, aşağıdakı qanun layihələri işlənib hazırlanmış və respublika Parlamentinin müzakirəsinə təqdim olunmuşdur:

    - tibbi sığorta haqqında;

    - psixi sağlamlığın qorunması haqqında;

    - vərəm xəstəliyinə tutulanlara yardım göstərilməsi və onlara təminatlar verilməsi haqqında;

    - əhalinin immun-profilaktikası haqqında.

    İmmun-profilaktikaya, vərəmlə mübarizəyə, QİÇS-in profilaktikasına, malyariyanın profilaktikası və onunla mübarizəyə, ailə planlaşdırması, reproduktiv sağlamlığa və s. dair milli proqramlar qəbul edilmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 760 №-li Sərəncamı ilə səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Azərbaycan Respublikasının səhiyyə naziri Ə.İnsanovun sədrliyi ilə Hökumət Komissiyası yaradılmışdır. Onun tərkibinə iqtisadiyyat, maliyyə, ədliyyə nazirləri, Milli Bankın, Sosial Müdafiə Fondunun, Həmkarlar İttifaqları Konfederasiyasının, Dövlət Sığorta Nəzarətinin sədrləri, digər nazirliklərin və baş idarələrin rəhbərləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsul işçiləri və başqaları daxildir.

    Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 49 №-li Fərmanı ilə "Azərbaycan Respublikasında səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında Əsasnamə" təsdiq olunmuşdur.

    Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qanunvericilik aktlarının və Dövlət proqramlarının əməli surətdə həyata keçirilməsi məqsədi ilə bir sıra normativ və metodik sənədlər işləyib hazırlamış və təsdiq etmişdir.
0 0 0
  • TİBBİ SIĞORTA
    Məcburi tibbi sığortaya (MTS) keçilməsi pasiyentlərin hüquqlarının keyfiyyətinə və qorunmasına nəzarətin yeni mexanizmlərinin, habelə iqtisadi sistemlərin yaradılmasını təmin edir.

    Sığorta şirkətləri sığorta olunanların mənafelərinin müdafiəçisi rolunda çıxış edir, özlərinin fəaliyyətindən tibb işçilərinin razı qalıb-qalmadığını aydınlaşdırmaq üçün məqsədyönlü iş aparır, göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsinə dair tövsiyələr işləyib hazırlayırlar.

    MTS-ə keçməyin ən səmərəli nəticələrindən biri idarəetmə üçün zəruri informasiyaya tələbat olacaqdır.

    Əmək haqqının son nəticələrə görə ödənilməsinə keçilməsi səhiyyənin idarə olunmasının iqtisadi metodlarını artırmaq üçün müəyyən zəmin yaradır. Bu isə öz növbəsində tibbi yardım göstərilməsinin daha səmərəli variantlarının (qospitallaşdırma müddətlərinin azaldılması, gündüz stasionarlarının açılması, digər texnologiyalar) axtarılmasına marağın artmasında da kömək edir.

    Birinci mərhələdə könüllü tibbi sığorta (KTS) prinsipinin tətbiq edilməsi real görünür.

    KTS vətəndaşların, ailələrin, ayrı-ayrı qrupların, kollektivlərin yüksəkixtisaslı tibbi yardım, dövlətin təmin etdiyi ən yaxşı həcmdə tibbi yardım almaq hüququnu nəzərdə tutur.

    Mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasında sığorta fəaliyyəti ilə müvafiq lisenziyalara malik ixtisaslaşdırılmış sığorta təşkilatları məşğul ola bilərlər.

    Tərəflər arasında imzalanmış müqavilələrdə sığorta edilənlərin onlara istənilən tibb müəssisələri, müəyyən olunmuş qaydada Səhiyyə Nəzirliyi, müvafiq hüquqi səlahiyyəti olan digər səhiyyə orqanları tərəfindən akkreditasiya edilmiş ayrı-ayrı mütəxəssislər tərəfindən tibbi, sağlamlaşdırma xidmətləri, digər xidmətlər göstərilməsi hüququ qeyd olunur.

    Mühüm cəhət bir də ondan ibarətdir ki, könüllü tibbi sığorta sisteminin mexanizmi məcburi tibbi sığortanın bütün müsbət cəhətlərinə (yuxarıda göstərilmişdir) malikdir və MTS-ə keçmək üçün gözəl məktəb və ya bazadır.

    Bundan əlavə, KTS sistemi fəaliyyət göstərdikcə onda rəqabət mübarizəsi mərhələsini uğurla keçmiş sığorta təşkilatları bəlli olacaq və MTS-ə keçid zamanı onlar tibbi sığorta üzrə başlıca ixtisaslaşdırılmış təşkilatlar olacaqlar.
0 0 0
  • Tibbi təhsil

    Azərbaycan Təbabəti Muzeyi
    Bakı, N. Rəfibəyli küç., 18.
    Tel: (99412) 4660048, 4660282. Azərbaycan Dövlət Tibb Universiteti
    Bakı, Bakıxanov küç., 23.
    Tel: (99412) 4954313, 4953566.
    Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
    Bakı, Tbilisi pr., 3165.
    Tel: (99412) 4314033, 4312096, 4922324.



    Tibbi mərkəzlər

    Respublika Ailə Sağlamlıq Mərkəzi
    Bakı, H. Zərdabi küç., 92.
    Tel: (99412) 4316121, 4315868. Topçubaşov adına Respublika cərrahlıq mərkəzi
    Bakı, Şərifzadə küç., 196.
    Tel: (99412) 4324277, 4321186.
    "Ailə Planlanması " Mərkəzi
    Bakı, Puşkin küç., 12/14.
    Tel: (99412) 4986258, 4938373. Respublika Diaqnostika Mərkəzi
    Bakı, Tbilisi pr., 3166/1.
    Tel: (99412) 4314064, 4693312, 4313991.
    Respublika Stomatologiya Mərkəzi
    Bakı,Şərifzadə küç., 212.
    Tel: (99412) 4313991, 4391521, 4693497. Respublika Neyrocərrahiyyə xəstəxanası
    Bakı, Xudu Məmmədov küç., 2.
    Tel: (99412) 4716001, 4715202.
    Milli Onkologiya Mərkəzi
    Bakı, Şərifzadə küç., 10.
    Tel: (99412) 4310185, 4302838. Respublika QİÇS-lə milli mübarizə mərkəzi
    Bakı, C. Cabbarlı küç., 34.
    Tel: (99412) 4947353.
    Respublika Dəri-zöhrəvi dispanseri
    Bakı, Bülbülə pr., 61.
    Tel: (99412) 4957920, 4957978.



    Elmi-tədqiqat institutları

    K. Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu
    Bakı, Q. Məcidov küç., 17.
    Tel: (99412) 4953003, 4946953b 4947925. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
    Bakı, Xətai pr., 3.
    Tel: (99412) 4664443, 4667426, 4663193.z
    S. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu
    Bakı, Fətəlixan Xoyski küç., 101.
    Tel: (99412) 4414972, 4414971, 4414178. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
    Bakı, Şərifli küç., 2514
    Tel: (99412) 4215189, 4212171, 4212262.



    Kliniki xəstəxanalar

    Mir-Qasımov adına Respublika kliniki xəstəxanası
    Bakı, Şarifzade küç., 212.
    Tel: (99412) 4696213, 4696334, 4696215. F. Əfəndiyev adına 4 saylı kliniki xəstəxana
    Bakı, Fizuli küç., 61.
    Tel: (99412) 4958561, 4958394.
    5 saylı şəhər kliniki xəstəxanası
    Bakı, Fətəlixan Xoyski küç.,101
    Tel: (99412) 4983532, 4906391, 4906333.



    Xüsusi təyinatlı xəstəxanalar

    2 saylı A. F. Qarayev adına uşaq kliniki xəstəxanası
    Bakı, S. Vurğun küç., kv. 956.
    Tel: (99412) 4953855, 4953858. Respublika Uroloji klinik xəstəxanası
    Bakı, Zərgərpalan küç., 4.
    Tel: (99412) 4922417, 4922423.
    Uşaq uroloji xəstəxanası
    Bakı, Rəfili küç., 12.
    Tel: (99412) 4401137, 4402879. M. Nağıyev adına Təcili Tibbi yardım stansiyası
    Bakı, Mir-Qasımov küç., 1.
    Tel: (99412) 4952886, 4953073.
    Respublika uşaq kliniki xəstəxanası
    Bakı, H. Zərdabi küç., 79.
    Tel: (99412) 4316157, 4312113.



    İdarə xəstəxanaları

    Ədliyyə Nazirliyinin tibbi xidməti
    Bakı, Nizami küç., 114. Tel: (99412) 4930979, 4678567. Qədirli adına Mərkəzi Hövzə xəstəxanası
    Bakı, Q. Sultanov küç., 19, kv 564 Tel: (99412) 4383313, 4382151.
    Neftkəşfiyyatçılarının Birləşmiş xəstəxanası
    Bakı, Səfərov pr., 17.
    Tel: (99412) 4901152, 4901120. Mərkəzi Kliniki xəstəxana
    Bakı, Parlament pr., 76.
    Tel: (99412) 4386163, 4381540, 4385553.



    Dispanserlər

    Şəhər Onkoloji dispanseri
    Bakı, Azadlıq pr., 112.
    Tel: (99412) 4403532, 4404652, 4405064



    Özəl klinikalar və tibbi xidmətlər

    Özəl tibbi xidmət "Medi Club"
    Bakı, Ü. Hacibəyov küç., 45.
    Tel: (99412) 4971112, 4970913, 4972303. Faks: 4987096. "ÜMID" tibb mərkəzi
    Bakı, Nobel pr., 4a.
    Tel: (99412) 4730803, 4729179.
0 0 0