Tarixte Bugün-19 Yanvar

Son güncelleme:
  • 19 yanvar. ilin sonuna 346 gün qalır

    1629. Səfəvi hökmdarı I Şah Abbas vəfat edib

    1728. Rus çarı II Pyotr başda özü olmaqla hakimiyyət orqanlarını Peterburqdan Moskvaya köçürüb

    1736. Buxar maşınının müəllifi ingilis mühəndis Ceyms Uatt anadan olub

    1806. Britaniya Ümid Burnunu işğal edib

    1809. Amerikalı yazıçı Edqar Po anadan olub

    1853. Romada Cüzeppe Verdinin "Trubadur" operasının ilk tamaşası keçirilib

    1903. İlk dəfə "Tour de France" velosiped yarışına start verilib

    1920. Fətəli xan Xoyski Rusiya Federasiyası xarici işlər naziri Çiçerinə verdiyi cavabda göstərib: "Azərbaycan Respublikası Sovet Rusiyasının daxili işlərinə qarışmır və bu məsələdə bitərəfdir"

    1924. Azərbaycan SSR Xalq Komissarları Soveti ən zəruri mallar olan neftin, şəkərin, parçanın, şüşənin və s. ucuzlaşdırılması barədə qərar verib.

    1931. Azərbaycan Kommunist (bolşevik) Partiyasının XI qurultayı başlayıb. Qurultay işini 25 yanvarda başa çatdırıb

    1938. "General Motors" dünyada ilk dəfə dizel mühərriklərin kütləvi istehsalına başlayıb

    1944. Sovet qoşunları Novqorodu azad edib

    1945. Sovet qoşunları Polşanın Krakov şəhərini azad edib

    1946. İran BMT-dən SSRİ-nin onun daxili işlərinə qarışmamasını xahiş edib

    1965. "Naxçıvan", "Boksitoqorsk", "Sevsk" və "Sebej" balıqçı gəmilərinin Berinq dənizində qəzaya uğraması nəticəsində 100 nəfər həlak olub.

    1966. İndira Qandi Hindistanın baş naziri seçilib

    1986. İspaniya İsraili tanıyıb

    1990. Azərbaycan:
    Yanvarın 18-dən 19-na keçən gecə Cəlilabad və Biləsuvar rayonlarında Sovet-İran sərhədi qurğularının dağıdılmasının ardından minlərlə insan qohumlarını tapmaq üçün cənuba keçib.
    Naxçıvan MSSR Ali Soveti muxtar respublikanın SSRİ tərkibindən çıxması barədə qərar qəbul edib
    saat 19.27. Xalqa məlumat verilməsini əngəlləmək üçün Azərbaycan Televiziyasının enerji bloku partladılıb
    saat 20.00. SSRİ Ali Soveti 20 yanvar saat 00.00 dəqiqədən Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə qərar verib.
    Saat 23.00. Sovet qoşun hissələri Türkan-Qala istiqamətindən Bakı üzərinə hücuma başlayıb

    1991. Səddam Hüseynin göstərişi ilə Fars körfəzinə 800 000 tondan artıq neft axıdılıb

    1992. Referendumda Cənubi Osetiya əhalisinin 99%-i bölgənin Gürcüstanın tərkibindən çıxmasına səs verib

    1993. Azərbaycan Respublikası Qırğızıstanla diplomatik əlaqələr qurub

    1993. İsrail Fələstin Azadlıq Təşkilatını tanıyıb

    1995. Rus qoşunu Qroznıdakı prezident sarayını ələ keçirib

    2001. Avstraliyada virtual seks üçün robot patentləşdirilib

    2007. Erməni əsilli Jurnalist Hrant Dink İstanbulda qətlə yetirilib

    2009. Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası Gürcüstanda Azərbaycan dilinə dövlət dili statusu verilməsi tələbi irəli sürüb


    Günün aforizmi

    "Azadlıq ağacı gənclərin qanı ilə suvarılmadıqca bəhrə verməz".
    Şeyx Məhəmməd Xiyabani
0 0 0