Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 134 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Qəzəllər
Qəzəllər
1834
Son güncelleme: 22.01.2010 20:34
Leyl-i Lal
Mirzə Ələkbər Sabir
Istəsən könlüm kimi zülfün pərishan olmasın
Istəsən könlüm kimi zülfün pərishan olmasın,
Ol qəd1er cövr ət mənə ah etmək imkan olmasın!
Dərdi-eshqin qəsdi-can etdisə, mən həm shakirəm,
Istərəm cismimdə dərs olsun, dəxi can olmasın!
Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri!
Əhrimənlər maliki-mülki-Süleyman olmasın!
Atəshin ruyində əfitək yatıb geysulərin,
Türfə cadudur ki, mar atəshdə suzan olmasın!
Derlər, ashiqküsh nigarım qətlimə amadədir,
Allah, allah, bir səbəb qıl kim, peshiman olmasın!
Mübtəlayi-dərdi-eshqəm, əl götür məndən, təbib!
Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!
Sabira, ümmidi-vəsl ilə qəmi-hicranə döz,
Hansı bir müshküldi kim, səbr ilə asan olmasın?!
#22.01.2010 20:32
0
0
0
Leyl-i Lal
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.
Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qübar gəlmiş idi.
Ona mən göz yetirib xəlvəti baxdım, baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.
Uyuyub hər ikimiz rahat olub bir yatdıq,
Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.
Dedi getmək dəmidir, söylə nə istərsən, yar?
Bir öpüş istədim ondan, yeri var, gəlmiş idi.
Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.
Ey Nizami, dedi, birdən ayılıb, gördüm o yox,
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.
Nizami
#22.01.2010 20:32
0
0
0
Leyl-i Lal
Mirzə Ələkbər Sabir
Qoyma gələ, saqiya, zahidi meyxanəyə
Qoyma gələ, saqiya, zahidi meyxanəyə,
Dönməyə meyxanəmiz məscidi-viranəyə
Urma gireh zülfünə, eylə həzər, ey sənəm!
Oxşamasın şəkldə səbheyi-səddanəyə.
Hirz ilə, əfsun ilə olmaz ilaci-cünun,
Eşq sözündən səva söz demə divanəyə.
Badeyi-təlx içrə bu nəşəyi-şirin nədir?
Yoxsa qoyub dilbərim ləb ləbi-peymanəyə?
Şimdi ki, üzdün əlin zülfi-pərişandən,
Barı gəl izhar qıl dərdi-dilin şanəyə.
Şəmi də yaxmaqdadır atəşi-sevdayi-eşq,
Şöleyi-pərtövfüruz xasmı pərvanəyə?
Sabir o cennetrüxün kəndümi-xalin görüb,
Az qalıb Adəm kimi aldana bir danəyə.
#22.01.2010 20:32
0
0
0
Leyl-i Lal
QƏZƏL MƏCNUNİ-DİLPƏZİRİNDİR
Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
Az eyləmə inayətini əhli-dərddən,
Yəni ki, çox bəlalərə qıl mübtəla məni!
Olduqca mən götürmə bəladən iradətim,
Mən istərəm bəlanı, çü istər bəla məni!
Təmkinimi bəlayi-məhəbbətdə qılma süst
Ta dust tən edib deməyə bivəfa məni!
Getdikcə hüsnün eylə ziyadə nigarımın,
Gəldikcə dərdinə betər et mübtəla məni!
Mən qandanü mülaziməti-etibarü cah,
Qıl qabili-səadəti-fəqrü fəna məni!
Öylə zəif qıl tənimi firqətində kim,
Vəslinə mümkün ola yetirmək səba məni!
Nəxvət qılıb nəsib Füzuli kimi mənə,
Ya rəb, müqəyyəd eyləmə mütləqmana məni!
#22.01.2010 20:33
0
0
0
Leyl-i Lal
Kuyini xunabeyi-çeshmimlə nəmnak eylərəm
Kuyini xunabeyi-çeshmimlə nəmnak eylərəm,
Kipriyimlə asitanın gərdini pak eylərəm.
Ta ki, gördüm sağəri səhbadə əksi-surətin,
Ömrlərdir ki, cəhanda xidməti-tak eylərəm.
Eshqini asan bilirdim, çəkdi ish risvalığa,
Shimdi risvayi-cəhan oldum, nədən bak eylərəm?
Boynuma saldım o ziyba tələtin zülfi-kəcın,
Türfə caduyəm, füsuni-mari-Zöhhak eylərəm.
Vəslə ümmid olsa, hicrində bu cari ünsürü,
Əshki-çeshmim seylinin mövcündə xashak eylərəm.
Urma shanə zülfünə, narahat etmə könlümü,
Zülfünə dəydikcə shanə könlümü çak eylərəm.
Sabira, torpağa saldı sayə rəna dilbərim,
Gər mələk olsam da, labüd səcdeyi-xak eylərəm.
#22.01.2010 20:33
0
0
0
Leyl-i Lal
Nizami
Diləyirdim: mənə sən bir gecəlik yar olasan
Diləyirdim: mənə sən bir gecəlik yar olasan!
Əhdi-peymanı tutub, əhdə vəfadar olasan!
Gözlərin, yadları gördükdə gülür nərgiztək,
Bir tikandır mənə qəmzən, nola qəmxar olasan!
Dostluğundan demişəm mən, necə düşmən eşidib,
Məni əğyarə xəcil etsən, özün xar olasan!
Mənə dost ol, nə zərər, düşmənim olsun aləm,
Kimsədən qorxmaram, ancaq ki, düz ilqar olasan!
Sən nə quşsan, sınayım mən nə sayaq can səni
Hanı bir öylə könül bəndü giriftar olasan?!
Şəhər əhli sənin eşqində Nizami kimidir,
Nə rəva Axsitana munisü dildar olasan!
#22.01.2010 20:33
0
0
0
Leyl-i Lal
Kishi yox?!
Kişi var ki, kişidir, amma kişiynən işi yox,
Kişi var, nakişidir, amma deyir ki, kişi yox.
Kişi var, ağzı cırıqdır, sözü dişdən tökülür,
Kişi var, ağzı bütövdür, amma bir cüt dişi yox...
Kişi var, pullu işi, yaxşı dişi, közdə şişi,
Kişi var, qəlbi kabab, manqalı qüssə, şişi yox.
Kişi var, arvadının xeyli vişindən buraxıb,
Kişi var, arvadının dövri-qədimdən vişi yox.
Kişi var, Azərbaycanda beşindən biridir,
Kişi var ki, evində biri vardır, beşi yox.
O qədim Ankarada Pünhana erkək dedilər,
Kişi bizlərdə imiş, sən demə türkdə kişi yox.
#22.01.2010 20:34
0
0
0
Leyl-i Lal
Mirzə Ələkbər Sabir-Hop hopnamə
ÇATLAYIR, XANBACI, QƏMDƏN ÜRƏYİM
Çatlayır, Xanbacı, qəmdən ürəyim,
Qavışıb lap acığımdan kürəyim.
Nola bir evdə qoyaydız qarabaş,
Verməyəydiz məni bu əbləhə, kaş!
Mən ki, damdan, bacadan baxmaz idim,
Su kimi hər tərəfə axmaz idim.
Hərzə-hərzə danışıb gülməz idim,
Ər nə şey olduğunu bilməz idim;
Oturub ac komasında atamın,
Biş-düşün hazır edərdim anamın;
Bitləyərdim nənəmin baş, yaxasın,
Yamayardım babamın çul-çuxasın,
Tez durub sübh sağardım inəyi,
Xansənəmdən diləməzdim köməyi;
Neyləyirdim bəzəyi уа düzəyi?
Dama, divara yapardım təzəyi.
Atam əllaf, babam dülgər idi,
Qardaşım culfa, əmim kargər idi,
Xanbibim falçı, nənəm bağ toxuyan,
Bizdə, haşa, yox idi bir oxuyan!
Evimizdə var idi hər nə desən:
Qatıq, ayran ilə qaymaq, nə yesən!
Nə bilirdik nə zəhirmardı kitab?
Biz olan evdə haçan vardı kitab?
Büsbütün gül kimi insanlarıdıq,
Nə müəllim və nə dərs anlarıdıq.
Dəftərin andıra qalmış sözünü
Eşidib görməmiş idik üzünü.
Boylə bir tərbiyəli evdə müdam
Bəslədiz mən kimi bir sərvi-xüram.
Vay о gündən ki, məni ad elədiz,
Elə bildiz də ki, dilşad elədiz.
Mən də sandım ki, dönüb bəxtəvərə, --
Gedirəm bir nəfər insana ərə.
Nə bilim boylə də insan varmış,
Şəkli-insanda da heyvan varmış.
Ər oxurmuş da, yazarmış da, atam!
Ər deyil, möhlik azarmış da, atam!
Ər deyil, şair imiş xanəxərab!
Fikri yazmaq, oxumaq, suglu kitab....
Saldız axırda yaman hala məni,
Ərə verdiz də bu qəffala məni.
Gah yazır, gah oxuyur, gah danışır,
Gündə bir hərzə kitabnan tanışır;
Gah gedir fikrə, bərəldir gözünü,
Məhv olur oylə ki, bilmir özünü;
Sübh olunca gecələr darğa kimi,
Yatmayır, qır-qır edir qarğa kimi;
Gah da bir yatsa da vəqtində əgər,
Çəkməyir yuxladığı bir о qədər,
Qəflətən bir də görürsən ki, durur,
Yandırıb lampanı çılpaq oturur;
Başlayır yatdığı yerdə təzədən
Oxuyub yazmağa bir də təzədən.
Belə od olmaz, atam, boylə alo!
Od deyil, yanğı deyil, lovdur, lo!
Gah görürsən ki, miz üstə yıxılır,
Baxıram halına qəlbim sıxılır;
Bir qarandaş, bir-iki parə kağız
О qədər çəkmir -- olur qarə kağız.
Xeyrini, şərrini qanmır bu kişi!
Yorulub bircə usanmır bu kişi!
Bizim evdə baxasan hər tərəfə --
Taxçaya, boxçaya ya kim, irəfə --
Görəcəksən bütün işqabda kağız,
Kasada, nimçədə, boşqabda kağız;
Yığılıb dağ kimi hər yanda kitab,
Evdə, dəhlizdə və eyvanda kitab.
Deyirəm, ay kişi, bir gəl özünə,
Bu nə işdir, a kül olsun gözünə!
Bu əməl etdi səni xanəxərab,
Pulların döndü bütün oldu kitab.
Oxuduqca gözünün qarəsini
Aparır, tap başının çarəsini.
Pul gedir, tabü təvanın da gedir
Üstəlik bir quru canın da gedir.
Kəsbkarlıqdan əlin çıxdı, usan!
Ər olan yerdə görüm yox olasan
#22.01.2010 20:34
0
0
0
Leyl-i Lal
Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan?
Şahlıq çətiri var başın üstündə bu axşam,
Ənbər çətirinlə kimə sultan olacaqsan?
Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
Dilbər, necə bir bəxtəvərə can olacaqsan?
Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə,
Ey abi-həyat, sən kimə canan olacaqsan?
Getdin, necə bəs tab eləsin hicrə Nizami,
O xəstə ikən, sən kimə dərman olacaqsan?
#22.01.2010 20:34
0
0
0
Qəzəllər Konusuna Benzer Konular
Qəzəllər.
24.11.2009
Məhəmməd Füzuli qəzəlləri
28.05.2013
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı