Tarixte Bugün-23 Yanvar

Son güncelleme:
  • 23 yanvar. İlin sonuna 342 gün qalır

    98. Trayan Roma imperatorluğuna rəhbərliyi ələ alıb

    1556. Çində baş vermiş zəlzələ 850 mindən çox insanın həyatına son qoyub

    1792. Qənd və kofe qıtlığı Fransa paytaxtında kütləvi iğtişaşlarla nəticələnib

    1832. Fransız impressionist rəssamı Eduard Mane anadan olub

    1849. Amerikalı həkim Elizabet Blakvel Qərb Yarımkürəsində doktorluq müdafiə etmiş ilk qadın kimi tarixə düşüb

    1912. Haaqada "Beynəlxalq opium Konvensiyası" imzalanıb. Bu, narkotik maddələrin istifadəsini tənzimləyən ilk sənəd olub

    1920 Rusiyanın xarici işlər naziri G.V. Çiçerin ikinci notasında yenidən Azərbaycanı RSFSR-ilə əməkdaşlığa dəvət edir və yazırdı: "Biz həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə yaşamalıyıq". Fətəli xan Xoyski fevralın 1-də Çiçerinə Azərbaycan hökumətinin rəsmi fikrini bildirib və onun təklifini rədd edib

    1922. Torontoda şəkər xəstələrinə insulin kütləvi şəkildə tətbiq edilməyə başlanıb

    1946. Rus oliqarx Boris Berezovski anadan olub

    1950. Knesset (İsrail parlamenti) Tel Əvivi İsrailin paytaxtı elan edib

    1960. "Triest" batiskafı dünyanın ən dərin nöqtəsinə enib. O dövrün nəticələrinə görə dərinlik 11 020 metr olub

    1978. Fransada kilsə ölüm hökmünün ləğvinə razılıq verib

    1989. Rəssam Salvador Dali vəfat edib

    1990. 41 il əvvəl Macarıstana girən Sovet Ordusu ölkəni tərk edib

    1992. ABŞ Azərbaycanın müstəqilliyini tanıyıb

    2005. Viktor Yuşenko Ukrayna prezidenti seçilib

    Günün aforizmi

    "İmansız elm boş cəfəngiyatdır"

    Albert Eynşteyn

0 0 0