Röya Ayxan və Sevda Yəhyayeva duet

Son güncelleme:
  • noimage



    Müğənni xanımlar Uitini Hyunston-Meray Kerri cütlüyünü xatırladıb

    Dünən Gənc Tamaşaçılar teatrında gənc müğənni Sevda Yəhyayevanın Azərbaycan Dövlət Kamera orkestrinin müşayiəti ilə konserti keçirilib. Lent.az-ın məlumatına görə, müğənni konsertdə klassik Azərbaycan bəstəkarlarının musiqilərindən ibarət 11 mahnı oxuyub.

    Konsertin auditoriyası daha çox televiziya işçilərindən, sənət adamlarından ibarət olub. Sevdanın konsertini Ceyran Haşımova, Abbas Bağırov, Nadir Qafarzadə, Elnur, Zamiq, Izzət Bağırov, Ayaz Qasımov və digər sənətçilər də izləyib.

    Sevda sınaq konsertini uğurla başa vurub. Maraqlı məqamlardan biri də səhnənin dekorasiyasında müğənninin ifa etdiyi mahınların müəllifləri və ifaçılarının şəklinin olması olub.

    Teymur Əmrahın Sevdanı təbriki və səhnədə çıxışı auditoriyanın gülüşünə səbəb olub. Müğənni bildirib ki, səhnədə korifeylərin yanında onun şəklinin olması da təsadüfi deyil. Öz tələbələri ilə öyünən pedaqoq bu gündən sonra Sevdaya da dərs keçəcəyini sürpriz kəlmələrlə açıqlayıb. Üzünü Sevdaya tutub: "Mən sizə yaxşı baxacam...", - deyib.

    Sənət yoldaşları sevdanı çiçək yağmuruna tutub: Zamiq, Elnur, Abbas, Nadir, İzzət, Ayaz müğənniyə gül dəstələri təqdim edib.

    Konsertdə xoşa gəlməyən məqamlardan biri də Teymur Əmrahın salonda əyləşənlərdən - konserti idarə edən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Teymur Göyçayevin şərəfinə ayaq üstə alqış istəməsi, əyləşənlərin yalnız bir qisminin bu nəzakətli xahişi yerinə yetirməsi olub. Bununla da tamaşaçının musiqiyə necə qiymət verməsi qismən də olsa, aşkarlanıb...

    Digər maraqlı çıxış isə Röya Ayxanla Sevda Yəhyayevanın Hacı Xanməmədovun "Aldatmayaq bir-birimizi" mahnısına oxuduqları duet olub. Qızlar dünya səhnəsinin məşhur ulduzları Uitini Hyunstonla Meray Kerrini xatırladıb.

    Qeyd edək ki, konsert "Sevdanın eşqində tapmışam səadətimi" adlanıb.

    Lalə Yusifqızı
0 0 0
  • nece skacat edmek olar
0 0 0