Tarixte Bugün-29 Yanvar

Son güncelleme:
  • 29 yanvar. İlin sonuna 336 gün qalır

    1547. Moskvada çar İvan Qroznının tacqoyma mərasimi keçirilib

    1616. Holland dənizçiləri Sxauten və Lemer Cənubi Amerikanın ən ucqar nöqtəsi olan Qorn burnunu kəşf ediblər

    1821. Rus dənizçiləri Antarktidaya ayaq basıb

    1833. Rusiyada ilk dəfə olaraq Peterburqda şəhər poçt xidməti təsis edilib

    1886. Alman mühəndis Karl Benz ilk motorlu nəqliyyat vasitəsini təqdim edib

    1896. Amerikalı fizik Qrubbe ilk dəfə olaraq xərçəngin müalicəsində radioaktiv şüalanmadan istifadə edib

    1925. Futbol hakimi Tofiq Bəhramov anadan olub

    1927. Balerina Leyla Vəkilova anadan olub

    1931. Türkiyədə "Menemen hadisələri"ndə təqsirləndirilən 31 nəfər barədə ölüm hökmü çıxarılıb

    1932. İlk yük avtomobili "QAZ AA" (yaşlı nəsil bunu "polutorka" adlandırır) Qorki Avtomobil Zavodunun konveyerindən çıxıb

    1949. İngiltərə İsraili de-fakto tanıyıb

    1956. Almaniya Demokratik Respublikası Varşava müqaviləsinə qoşulub

    1978. İsveçrə ozon təbəqəsinə zərər verdiyi üçün bütün aerozol maddələrin satışını qadağan edən ilk ölkə olub

    2001. Fransa parlamenti uydurma "erməni soyqırımını" tanıyıb

    2002. Corc Buş İran, İraq və Şimali Koreyanı "şər üçbucağı" adlandırıb

    2007. Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 120-ci sessiyasının qərarı ilə Mehriban Əliyeva "Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə" mükafatına layiq görülüb.

    Günün aforizmi

    "Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir".
    Mehriban Əliyeva
0 0 0