Tarixte Bugün-27.01-27 Yanvar

Son güncelleme:


  • 27 yanvar. İlin sonuna 338 gün qalır

    1299. Osmanlı dövləti yaranıb

    1571. I Şah Abbas anadan olub

    1756. Görkəmli bəstəkar Motsart anadan olub

    1806. Görkəmli hərbi xadim, yazıçı İsmayıl bəy Qutqaşınlı anadan olub

    1826. Rus yazıçısı Saltıkov-Şedrin anadan olub

    1880. Tomas Edison közərmə lampasını patentləşdirib

    1901. İtalyan bəstəkar Cüzeppe Verdi vəfat edib

    1922. Azərbaycan Kommunist (bolşevik) Partiyasının IV qurultayı keçirilib

    1924. Kiprli siyasətçi Rauf Denktaş anadan olub

    1943. Almaniyada qadınlar səfərbərliyə alınıb

    1944. Sovet ordusu Leninqradı blokadadan tam azad edib

    1947. ABŞ-da tranzistorun ilkin variantı hazırlanıb

    1965. İranın baş naziri Həsən əl Mənsur qətlə yetirilib

    1967. ABŞ və SSRİ başda olmaqla 60 dövlət kosmik fəzada hərbi sınaqların məhdudlaşdırılmasına dair protokol imzalayıb


    1973. Vyetnam müharibəsi Parisdə imzalanan sülh müqaviləsi ilə başa çatıb

    1981. Prezident Ronald Reqan İranda girovluqdan azad edilən amerikalı diplomatları qəbul edib. "Girov böhranı" başa çatıb

    1983. Fransız aktyor Lui de Fünes vəfat edib

    1988. Hüseynağa Sadıqov Azərbaycan SSR-in xarici işlər naziri təyin edilib. Diplomat bu vəzifəni 1992-ci il may ayınadək icra edib

    1989. Ayaz Mütəllibov Azərbaycan SSR Nazirlər Sovetinin sədri seçilib

    1993. Azərbaycan Respublikası Çexiya ilə diplomatik əlaqələr qurub

    1997. Aslan Masxadov İçkeriya Çeçen Respublikasının prezidenti seçilib

    2003. Millət vəkili İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədr müavini və Büro üzvü seçilib

    2008. İndoneziyanın dövlət başçısı Suxarto vəfat edib.

    Günün aforizmi

    "Ağılsızlıq kimi müsibət yoxdur".

    Əli ibn Əbu Talib
0 0 0