Casusluqda ittiham olunan politoloqa 20 il həbs verildi

Son güncelleme: 29.01.2010 22:13
  • noimage

    Tiflis Şəhər Məhkəməsində bu gün keçirilmiş prosesdə Rusiyanın xeyrinə casusluqda ittiham olunan politoloq Vaxtanq Maisaya 20 il müddətinə azadlıqdan məhrum edilib.


    APA-nın İnterfaks-a istinadən verdiyi məlumata görə, istintaq V.Maisayanın 2008-ci ilin avqust ayında Cənubi Osetiya ilə bağlı hərbi münaqişə zamanı hərbi xarakterli əməliyyat məlumatlarını Rusiya xüsusi xidmət orqanlarına ötürdüyü qənaətinə gəlib.

    V.Masisayanın vəkili Natiya Korkotadze jurnalistlərə açıqlamasında bildirib ki, müttəhim politoloq ona qarşı irəli sürülən ittihamı rədd edərək özünü günahsız sayır.

    Qaynaq:LENT.AZ
#29.01.2010 22:13 0 0 0