Tava küftəsi

Son güncelleme: 30.01.2010 11:40
  • noimage

    Çəkilmiş mal əti 500 gr

    Baş soğan 200 gr

    Keşniş, şuyud, cəfəri

    Kartof

    Tomat pastası 500 ml

    Duz, istiot

    Bitki yağı



    Ətlə soğanı qarışdırıb xırdalanmış göyərtini əlavə edin. Qiymədən yoğun kotletlər tutub bitki yağında qızardın.





    Kartofu təmizləyib 8 hissəyə qayıq sayağı doğrayın. Qazanın dibinə xörək yanmamaq üçün biraz bitki yağı tökün. Sonra bir lay küftə üstünə kartofu yığıb tomat pastasını tökün. Tomat qatıdırsa, onda su ilə qarışdırın. Amma bu kütlə 500 ml-dən artıq olmamalıdır. Üstünə duz və istiot tökün.





    Qapaqla örtüb zəif odun üstünə qoyun. Artıq su buxarlanan kimi və kartof bişən kimi, xörək hazırdır.

    Nuş olsun!
#30.01.2010 11:40 0 0 0