Toyuq kotleti

Son güncelleme: 30.01.2010 11:42
  • noimage

    Toyuq qiyməsi - 500 gr

    Qırmızı baş soğan -. 250 gr

    Noxud - 125 gr

    1 yumurta

    Keşniş və şüyüd

    Duz

    İstiot



    Noxudu kecədən suda isladın, səhər bişirin. Sonra noxudu əzin. Soğanı xırdalayıb ət, yumurta və noxudla qarışdırın, duz və istiot əlavə edin. Axırda göyərtini - keşniş və şüyüdü əlavə edin. Qiyməyə xırdalanmış kök də əlavə etmək olar. Bu istəkdən asılıdır.

    Orta alovda qızardın. Süfrəyə püre ilə, qızarılmış kartof və başqa qarnirla vermək olar. Mənimkilər kartof və brokolli ilə xoşlayırlar.

    Nuş olsun!
#30.01.2010 11:42 0 0 0