Ukrayna paytaxtı mühasirəyə alınıb

Son güncelleme: 01.02.2010 02:45
  • Yuliya Timoşenko: "Yanukoviçin silahlı tərəfdarları hakimiyyəti ələ keçirmək üçün istənilən varianta hazırdır."

    noimage

    Ukrayna paytaxtı Viktor Yanukoviçi dəstəkləyən silahlar tərəfindən mühasirəyə alınıb. Belə bir bəyanatla Ukraynanın baş naziri Yuliya Timoşenko çıxış edib. "Kanal 5" adlı telekanala müsahibə verən Timoşenko bildirib ki, Yanukoviçin silahlı tərəfdarları hakimiyyəti ələ keçirmək üçün istənilən varianta hazırdır.

    "Kiyev ətrafında yerləşən silahlıları "işə" salmaq Yanukoviçə xas metoddur. Ancaq silahlılar Regionlar Partiyası liderinin yeganə resursu deyil. Onun tərəfdarları həmçinin seçkilər zamanı saxtakarlıqla məşğul olur", - deyə o vurğulayıb.

    Timoşenko həmçinin qeyd edib ki, ötən illər ərzində Yanukoviçin nə siyasəti, nə də metodları dəyişib. "Biz onlara öz yerlərini göstərəcəyik. Yanukoviç heç bir halda hakimiyyətə gəlməyəcək", -deyə baş nazir bildirib.

    Xatırladaq ki, Ukraynada prezident seçkiləri fevralın 7-də keçiriləcək.

    Qaynaq: Anspress.com
#01.02.2010 02:45 0 0 0