Ət Qutabi

Son güncelleme: 01.02.2010 08:18
  • Qoyun əti - 108 q, baş soğan - 20 q, lavaşana - 15 q və ya nar - 20 q, buğda unu - 110 q, ərinmiş yağ - 30 q, sumaq - 3 q, istiot - 0,1 q, duz. Duzlu su ilə undan bərk xəmir yoğurulur, 1- 0,5 mm qalınlığında yayılıb kiçik boşqab ölçüsündə dairələr kəsilir. Ətlə soğandan hazırlanmış qiyməyə nar, lavaşana qatılıb xəmir dairələrinin içinə qoyulur və aypara şəklində bükülür. Qutab yağ içində qızardılır. Süfrəyə verdikdə üstünə sumaq səpilir.
#01.02.2010 08:18 0 0 0