Göyərti: ispanaq -150 q, turşəng -150 q, yaşıl soğan -50 q, keşniş və şüyüd -15 q, buğda unu -140 q, ərinmiş yağ -20 q, kərə yağı - 20 q, lavaşana -10 q, yumurta -1/5 əd., qatıq -50 q, istiot - 0,1 г, duz.
Göyərtini iri doğranır və soğanla qızardılır. Sonra duz, istiot, lavaşana qatılıb qarışdırılır. Un, su və yumurtadan bərk xəmir yoğurulur, kündələrə ayrılır. Kündələr yayılır, üzərinə göyərti əlavə olunur və aypara şəklində bükülür. İki tərəfdən yağsız tavada qızardılır. Süfrəyə verildikdə qutabın üzərinə isidilmiş yağ tökülür, ayrıca qatıq verilir.