Qabaq Qutabi

Son güncelleme: 01.02.2010 08:17
  • Qabaq - 250 q, nar - 25 q, buğda unu - 140 q, baş soğan - 25 q, ərinmiş yağ - 30 q, darçın - 0,1 q, duz. Qabaq təmizlənir, kub şəklində doğranıb öz buğunda bişirilir. Ona yağda qızardılmış soğan, duz, darçın və nar dənələri qatılıb qarışdırılır. Həmin qiymə xəmir dairələrinin içinə qoyulur və aypara şəklində bükülüb hər iki üzü tavada qızardılır. Süfrəyə verildikdə üzərinə yağ tökülür.
#01.02.2010 08:17 0 0 0