"Hərbi-siyasi balans Azərbaycanın xeyirinə dəyişir."
"Hərbi-siyasi balans Azərbaycanın xeyirinə dəyişir". Bunu Erməni Milli Konqresinin əlaqələnrdiricisi Levon Zurabyan Yerevanda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hərbi-siyasi balans Azərbaycanın xeyirinə dəyişdiyindən, məsələnin hərbi yolla həllinin mümkünlüyü ilə bağlı gərginlik artır.
Ermənistan müxalifətçisi hesab edir ki, baş verənlər Serj Sarkisyan rejiminin fəaliyyətinin nəticəsidir: "Ermənistan hakimiyyətinin bu gün güzəştlərə getməsinin əsl səbəbi hərbi-siyasi balansın dəyişməsidir".
Levon Zurabyan etiraf edib ki, bu günkü Azərbaycan özünün hərbi, iqtisadi və digər resursları ilə Ermənistandan dəfələrlə güclüdür.