Metbex Yaranma Tarixi

Son güncelleme: 04.02.2010 11:43
  • Azərbaycan mətbəxi Azərbaycan xalqının dühası ilə onun tarixən yaşadığı indiki Azərbaycan Respublikası, Güney (İran) Azərbaycanı, indiki Ermənistanın azərbaycanlılardan zorakılıqla təmizlənmiş qədim İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarının torpaqlarında, GürcüstandaBorçalı), Dağıstan ərazisində, o cümlədən keçmiş Azərbaycan xanlıqlarından birinin mərkəzi olmuş Dərbənd və ətrafında yaradılmışdır. azərbaycanlıların qədimdən bəri yaşadıqları bölgələrdə (

    Təbii ki, mətbəxin yaradılmasına və inkişafına təsir göstərən ən mühüm amil - iqlimdir. Azərbaycan Respublikasının ərazisindən 8 iqlim zonası keçir ki, bu da öz növbəsində bu regionun flora və faunasının növ müxtəlifliyini və zənginliyini şərtləndirir, bütün heyvanların və bitkilərin yaşayışları və inkişafları üçün əlverişli şərait yaradır. Bunlar isə, zəngin mətbəx yaradılması üçün əsas bazadır.

    Zəngin mətbəx yaradılması üçün vəhşi heyvanlardan, quşlardan, balıqlardan və bitkilərdən istifadə ilə yanaşı, cəmiyyətin sonrakı inkişaf dövrlərində kənd təsərrüfatı məhsullarının istehsalı da tələb olunur. Bunun üçün əhali yüksək əkinçilik və heyvandarlıq mədəniyyətinə malik olmalıdır.
#04.02.2010 11:43 0 0 0