İstər iş həyatımızda olsun istərsədə şəxsi həyatımızda hər zaman birinci olmaq istəyirik.Bəzi insanlar vardır.Onlar sadəcə birincilik üçün səy göstərərlər.Birinclik üçün əllərindən gələni edərlər.Onlar üçün ikinci və ya üçüncü olmaq məğlubiyyət deməkdir.Ancaq məğlubiyyəti gözə almayan bir insanın nə dərəcə hər zaman qalib olmaq şansı var?Hər məğlubiyyət bizə yeni bir şeylər öyrədir.Gələn dəfə ki,addımımız üçün,uğrumuz üçün böyük kömək olur.Ancaq birincilik iddiasında olmaq,özünə güvənmək əslində çox gözəl bir xüsusiyyətdir.İnsanın daxilən özünə bacaracağam deyib inanması,özünə dəstək olması çox gözəldir.Bu özündən razılıq deyil bu özünə güvəndir.Özünə şans verməkdir.Hər insanın bacarmadığı bir xüsusiyyətdir.Başqalarından əvvəl insanın özünə güvənməsi,birinci olacağam deyib işə başlaması çox gözəldir.Bir insanın 1ci olduğunu hiss etməsi,digərlərindən fərqləndirilməsi əslində insana sevinc bəxş etsədə bu sevinci ətrafdakı iş yoldaşları hər zaman onunla bölüşməyə bilər.Hətta rəqabət,paxıllıq,şəxsi intriqada məhz burdan yarana bilər.Sağlam rəqabət hər kəsin bəyəndiyi bir şeydir ancaq paxıllıq heçdə hər kəsin bəyəndiyi,dəstəklədiyi bir xüsusiyyət deyil.Paxıllıq insanda olan bütün insanı dəyərləri məhv edir.Hər zaman birinci olan,fərqləndirilən insanlara qiptə edilir ancaq kiminsə ona qarşı fikirləri tam başqa olur.Onu məhv etmək,birinciliyini əlindən almaq üçün əlindən gələni etmək,paxıllığını açıq aşkar bildirmək və s.Ancaq paxıllıq edən insanlar görəsən heç fikirləşirlərmiki onların etdiyi paxıllıq sadəcə qarşı tərəfi qürurlandırır.Hər kəsin arzusu öndə olmaqdır.Ona paxıllıq edildiyini hiss etməkdir.Əgər açıq aşkar bunu bildirirsinizsə indi özünüz fikirləşin onun ziyanı kimə olur sizə ya paxıllıq etdiyiniz insana?
Kiminsə həyatında birinci olmaq arzusu isə tam başqadır.Hər kəsin xəyal etdiyi,arzusunda olduğu bir şeydir.Ancaq heçdə hər kəsin sahib olmadığı bir şeydir.Kiminsə həyatında birinci olmaq istəyi gözəldir ancaq bunu arzu etməmişdən əvvəl bir fikirləşək.Bəs biz onun həyatındakı birinci insanıq?Başqalarında nəsə istəyirsənsə eyni dərəcədə səndə ona verməlisən.Məsələn həyatdan hər kəs bir şey gözləyir.Ancaq istədiyimiz qədərdə verməyi bacaran insanların sayı az olduğu üçün heçdə hər kəs istəklərinə nail ola bilmir.
Hər şeyin ilki xüsusi xatırlanır.Məhz bunun üçündə hər kəs birinclik hissini yaşamaq istəyir.Çox vaxt ikincilərin,üçüncülərin xüsusi xatırlanmayacaq qədər adi olduğunu düşünürük,yaxudda kiminsə ikincisi,üçüncüsü olmağı qəbul etmirik.Qızlar adətən oğlanlarda bunu normal qarşılasalarda heçdə hər kişi hansısa qadının ikincisi,üçüncüsü olmağı özünə sığışdırmır.Qəbul etsədə belə o xanıma adətən ciddi yanaşılmır.