Exa prodakşının iki filmi Beynəlxalq kinofestivalda mükafat

Son güncelleme: 04.02.2010 20:01
  • Mədəniyyət və Turzm Nazirliyinin "Bu meydan bu ekran" layihəsi çəçivəsində 2007-ci ildə "EXA" prodakşında çəkilən "Nəfəs" və 2009-cu ildə çəkilən "Koramal" filmləri dekabr ayının 11-dən 19-na kimi Ukraynada keçirilən 3-cü "STEPS" Beynəlxalq kinofestivalında iştirak edib. Festivalda "Nəfəs" filmi ən yaxşı rejissor işi nominasiyası, "Koramal" filmi isə ən yaxşı operator işi nominasiyasında qalib olublar. Qeyd edək ki, üçüncü dəfə keçirilən beynəlxalq festivala dünyanın 50 ölkəsinin kinematoqrafçıları qatılıb və nüfuzlu münsifləri heyəti iştirak edib. Xatırladaq ki, bu təkcə 2009-cu ildə "Nəfəs"in və "Koramal"ın dördüncü beynəlxalq mükafatıdır. "Koramal" filminin ssenari müəllifi, prodüseri və rejissoru Xəyyam Abdullayev və Elməddin Alıyevdir. Operatoru Rövşən Quliyev, rəssamı Nərminə Novruzova, bəstəkarı Çingiz Əliyevdir. Filmdə əsas rolları aktyorlar İlqar Cahangirov, İdris Rüstəmov, Kazım Abdullayev ifa ediblər. "Nəfəs" filminin ssenari müəllifi, prodüser və rejissor işləri də Xəyyam Abdullayevə və Elməddin Alıyevə həvalə olunub. Filmin operatoru Rövşən Quliyev, quruluşcu rəssam isə Mustafa Mustafayev, bəstəkarı Çingiz Əliyevdir. Filmdə xalq artisti Amaliya Pənahova, tanınmış aktyorlar Vəfa Rzayeva, Loğman Kərimov, İlqar Cahangirov, Samir Kərimov və başqaları iştirak edirlər.
#04.02.2010 20:01 0 0 0