Müğənni Ayan 2010-cu ilin hit mahnısının ifaçısı olmağa iddialıdır.
Bu barədə Lent.az-a məlumat verən gənc müğənni bildirib ki, bəstəkar Faiq Sücəddinov ona iki mahnı hədiyyə edib: "Heç kimə mən səni verən deyiləm" adlı mahnının birinin sözləri Baba Vəziroğluna, digəri isə Samirə Bağırlıya aiddir. Mahnılardan biri ritmik, digəri lirikdir. Məhz bu lirik mahnını dinləyəndə hiss etdim ki, mahnı ilin hitinə namizəddir".
Ayan əmindir ki, orijinal sözləri olan mahnı istər-istəməz diqqəti cəlb edəcək: "Mahnı bütün sevənləri təmiz münasibətə çağırır. Əgər sevirsənsə, mütləq qüruru unutmalısan. İnsan sevirsə, qürurlu olmamalıdır".