Azərbaycanın Şəki şəhərində qətl hadisəsi törədilib. Şəki şəhər Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.
Məlumatda bildirilir ki, qətli 1962-ci il təvəllüdlü Şəki şəhər sakini Etibar Sabir oğlu Salmanzadə törədib. E. Salmanzadə 1959-cu il təvəllüdlü həmyerlisi Paşayev Tehran Ağakişi oğlunu çoxsaylı bıçaq zərbəsiylə öldürdükdən sonra hadisə yerindən qaçıb.
Hazırda Şəki ŞPŞ-nin əməliyyat-axtarış qrupu E. Salmanzadənin tutularaq istintaqa təhvil verilməsi istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirir.
***
Şəki ŞPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Etibar Salamzadə saat 20 radələrində Şəki şəhər ərazisində tutularaq istintaqa təhvil verilib.
Baş vermiş qətl hadisəsi ilə bağlı Şəki şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.