Çay və Qəhvənin zərərləri

Son güncelleme: 06.02.2010 22:44
  • Qəhvənin zərərləri

    Qəhvə faydalı olmaqla yanaşı aludəçilik yaradır və müəyyən zərərləri var. Belə olduqda bəzi insanlar qəhvədən istifadə edərkən ehtiyat etməlidir.
    Qəhvənin çox istifadə olunması ürəyə zərər göstərir. Qəhvənin tərkibindəki kafein səbəbilə ürək döyüntülərində qeyri tarazlıqlar yaranır. Qəhvə, ürək tez-tez döyünməsinə səbəb olur. Məhz buna görə də ürək xəstələri qəhvədənb az istifadə etməlidir.

    Yüksək təzyiq
    Aparılan təcrübələr göstərmişdir ki, həddindən artıq qəhvə içmək qan təzyiqinin yüksəlməsinə səbəb olur.

    Mədədə problemlər
    Qəhvə, mədə xorası və qastrit kimi xəstəliklərə səbəb olur. Amma bu cür xəstələrin qəhvədən çox istifadə etməsi narahatlıqların daha da artmasına və pisləşməsinə səbəb olur. Çünki, qəhvə mədəni qıcıqlandırır bu səbəblə də mədə turşu ifraz etməyə başlayır.

    Migren
    Migren və qəhvə tamamilə bir birinə ziddir. Qəhvənin tərkibindəki qarışıqlar beyində olan hüceyrələrə təsir edir və bu səbəblə migren ağrıları yaranır.

    Mineral və vitanmin
    Qəhvənin tərkibindəki kafein orqanizmin dəmiri saxlamasına imkan vermir və kalsiumun bədəndən sidik yolu ilə çıxmasına səbəb olur. Bütün bunlar sümük əriməsi riskini çoxaldır.

    Doguş
    Qəhvənin tərkibində olan kafein səbəbilə gündə 3 stəkandan çox qəhvə içən xanımlarda doğuş faizi aşağı düşür. Kafein yumurtlama vaxtına mənfi təsir göstərir. Qəhvə kişilərdə tamamilə əks təsir göstərir və spermləri gücləndirir

    Hamiləlikdə içmək
    Qəhvədəki kafein ana bətnindıki körpəyə zərərlidir. Buna görə hamilə qadınlar qəhvədən istifadə edərkən ehtiyatlı olmalıdır.



    Çayın Zərərləri

    Çayın əsasən səbəb olduğu ümumi narahatlıqlar
    Sıxıntı
    Angina
    Baş ağrısı
    Əl titrəməsi
    Yuxusuzluq
    Ürək bulanması
    Ürək döyüntüsü
    Sinir pozğunluğu


    Çayı az içməsi məsləhət görülən insanlar
    Albumin olanlar
    Artıq çəkili insanlar
    Yüksək təzyiq xəstələri
    Böyrəklərində qum və ya daş olanlar
    Sinir, ürək, mədə və qaraciyər xəstələri

    Revmatizm xəstələri
    Gündə 2-4 stəkan çay içmək faydalıdır. Amma daha çox içmək zərərlidir. 1-2 stəkan çay içməyin hər hansı bir zərəri yoxdur. Çayın bilinən tək zərəri yeməklərdən aldığımız dəmir miqdarını aşağı salmasıdır. Bəzi mütəxəsislər xüsusilə yeməklərdən sonra içilən çayın orqanizmdəki dəmir miqdarını azaltdığını bqeyd edir. Bununla yanaşı vegeterianlara dəmir yaradan qidaları yedikdən sonra çay içməklə məsləhət görülmür.
#06.02.2010 22:44 0 0 0