Gələn dərs ilindən etibarən Bakıdakı məktəblərdə vahid məktəbli geyiminə start veriləcək.
İlkin mərhələdə ibtidai sinif şagirdləri yəni I - IV siniflərdə oxuyanlar bu formadan geyinəcəklər. İbtidai sinif şagirdlərinin geyimləri belə olacaq. Oğlanlar üçün göy rəngli, aşağı hissəsi bağlanan pencək-şalvar, eyni rəngdə jilet, ağ köynək və qara ayaqqabı, qızlar üçünsə ağ uzunboğaz çorab, ağ xətlərlə damalı qara yubka, göy peycək, tünd qırmızı jilet, ağ köynək.
Geyimlərin şəkli müxtəlif şərhlərə səbəb olub. Qızların geyimi original olsa da oğlan uşaqlarının geyimini keçmiş oktyabryat geyiminə bənzədənlər də var.
İntidai sinif şagirdləri üçün geyimlərin qiyməti 28 -30 manat civarında, 5-9 siniflər üçün geyimlərin qiymətləri 40-50 manat civarında olacaq.
Növbəti mərhələdə 5-9-cu siniflər və 10-11-ci siniflər də vahid geyimə keçəcəklər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızının deyir ki, hazırda geyimlərin tikiş prosesi gedir.
Geyimlərin təminatı üçün Bakının hər rayonunda satış mərkəzləri olacaq ki, şagirdlər paltarları ordan rahat şəkildə ala biləcəklər. Bu geyimlər şagirdlərin ölçülərinə uyğun olacaq. Əgər hansısa uşağın qeyri-standart ölçüsü olarsa, o ayrıca sifariş verib geyim tikdirə bilər.