Xoşbəxtlik qoxusu

Son güncelleme: 08.02.2010 16:12
  • Dostum, bir gün soruşdu:

    - Bir insanın xoşbəxt olduğu necə bilinir?

    Belə cavab verdim:

    Gözlərinin parlaqlığından, sevincindən, bəlkə üzünə vuran iç aydınlığından...

    Dostum, hammısını qəbul edən ama tam cavab almadığını bildirən, bir əl hərəkəti etdi:

    - Bunlar doğrudur. Xoşbəxtlik gizlənməz. Xoşbəxtlik insanın içindən sızar, bir yerlərə girər, oranı dəyişdirər. Bir də qoxusu vardır. Bilirsən mi? Xoşbəxtlik qoxar...

    - Xoşbəxtliyin qoxusu mu? Doğrusu eşitməmişdim.

    Dostum anlayışla baxdı:

    - Doğrudur, eşitməmisən. İnsanlar elə də fərqində olmazlar. Halbu ki, hər ruh halının özünə görə bir qoxusu vardır. Əyər insanlar qoxu duyğularını itirməsəydilər bunları da bilərdilər. Ama bir çox şey kimi , bunu da itirdilər...

    - Yəni, öncədən bilirdilər?

    - Əlbəttə, bilirdilər. Bax heyvanların birbirləriylə əlaqə qurmalarında qoxu necə mühüm rol oynayır...

    - Doğrudur, ama danışa bilmədikləri üçün. Dostum, biraz səbirsiz, sözümü kəsdi:

    - İnsanlar danışa bildikləri üçün, qoxunu lazım bilmirlər elə deyil mi? İndi sən mənə insanların danışdıqlrını mı deyirsən?

    Artıq cavab vermirdim. Dinləməyə davam elədim. Dostum:
    - Sən də bilirsən ki, insanlar həqiqqətdə danışmırlar. Danışırmışlar kimi edirlər. Öyrəndikləri sözcüklər var. Birbirilərinə onları deyirlər. Gərçəkdə çox azı, çox az zaman üçün, danışırmış kimi edirlər. Onlara da diqqət et, duygu sözcükləri yoxdur. Birbirlərinə demələri lazım olan sözləri deyirlər. Ona görə də, çox vaxt birbirlərini dinləməzlər. Gərçəkdə danışmayan, gərçəkdə dinləməyən insanlar iki önəmli əlaqə vasitəsini də itirdikləri üçün artıq anlaşa bilmirlər. Qoxu və toxunma... Bax gərçək əlaqənin iki yolu. İnsanlar ikisini də unutdu...

    Ondan hirslə soruşdum:

    - İndi insanların birbirlərini qoxlamalıdı deyirsən?

    Ümüdsüz və incik bir baxışla baxdı:

    - Kaş nə dediyimi başadüşə biləydilər. Qoxlamaq, elə incəlikli bir duyğudur ki, bu günün insanına öyrədilməsi lazımdı. Yazıq qoxualma duyğumuz, elə pis qoxularla xarab oldu ki, təzədən öyrədilməsi lazımdı. Bilirsən, insanlar insan qoxusunu belə hiss edə bilmir. Bir qadının qoxusu, bir kişinin qoxusu, uşağın qoxusu, yaşlı insanın qoxusu. Ümüdün qoxusu. Bezginliyin qoxusu. Həyata küsməyin qoxusu. Xoşbəxtliyin qoxusu. İnsanlar bütün bunları unutdular. Toxunma da eləcə, insanlar bunu da unutdu. Bir əlin-ələ toxunması. Bir sinənin-sinəyə dayanması. Bir kürəyin-kürəyə dayanması. Ayaqların bir birinə sarılması... Unutduğumuz nə çox şey var...

    Günümüzün insanını müdafiə etmək istədim:

    - Ama sözcüklər var, yazı var. Belkə də ona görə unutmuşuq.

    Dostum biraz durdu və dedi:

    - Bəli, yalanların vasitəcisi sözlər, yalanlarn vasitəcisi yazılar. Heç cürə içimizdən gələni deməyi, yazmağı bilmədiyimiz üçün, yalanlarımızın vasitəcisi olanlar... Bədən yalan deməz, toxunuşun yalan deməz. Bunlar gərçəkləri hiss elətdirir. Sadəcə gərçəkləri...

#08.02.2010 16:12 0 0 0