Mümkünsə 1 və ya 2 metr uzaqda durun. Əgər nəqliyyatda yanınızdakı adam asqırır və öskürürsə, ona bir paket dəsmal uzadın.
2- Yaxşı bir günəş kremi sürtməzdən əvvəl əsla çölə çıxmayın
Qarlardan əks olunan günəş şüaları sizi yüksək miqdarda UVA və UVB şüalarına məruz qoyar. Dəri xərçənginə səbəb ola bilər.
3- Səyahət etmədən 2 həftə əvvəl qrip peyvəndinizi edin, beləcə immunitetiniz səyahətinizdən əvvəl qüvvətlənər.
4- Yemək yemədən əvvəl və üzünüzə toxunmadan əllərinizi yaxşıca yuyun. Qrip və ya soyuqdəymə yalnız 2 yolla keçə bilər: Xəstəlikli birinin sifətinizə asqırmasından və ya öskürməsindən ya da viruslu əlləriylə toxunduğu yerlərə toxunaraq virusu tutmanızdan. Mikroblu əllərinizlə yeməyinizə və ya sifətinizə toxununca siz də xəstələnmə ehtimalınızı artırırsınız.
5- Kifayət qədər yatdığınızdan və maye aldığınızdan əmin olun. Qış fiziki olaraq yorucu ola bilər və vücudunuz bir sonrakı günün fəaliyyətlərinə dözmək üçün enerjiyə ehtiyacı vardır. Bol maye alaraq çöldəki quru və soyuq havanı və soba ətrafındakı isti havanı tarazlarsınız.
6- D vitamininin qrip və soyuqdəyməyə qarşı qoruduğu düşünülür və sümükləriniz üçün də faydalıdır.
7- Səyahətinizdən əvvəl məşq etməyə başlayın və bu məşqlər baldırınız, ayaqlarınız və müvazinətiniz üzərində sıxlaşmış olsun.
8- Tətilinizi planlarkən sağlamlıq sığortanıza nəzarət etməyi unutmayın.
9- Fiziki hərəkətlə daha çox kalori itirə bilərsiniz. Özünüzü ac buraxarmış kimi hiss etmədən axşam yeməyinizi yeyə bilərsiniz.
Bunun üçün sadə bir neçə qayda:
-Yavaş yemək yeyin - doyma hissiniz təxminən 20 dəqiqəyə başlayacaq, yəni yavaş yeyərkən az yeyərsiniz və yeməkdən daha çox ləzzət alacaqsınız.