Tarixte Bugün-9 Fevral

Son güncelleme:


  • 9 fevral. İlin sonuna 325 gün qalır.

    1846. Alman avtomobil konstruktoru Vilhelm Maybax anadan olub

    1881. Rus yazıçı Fyodr Dostoyevski vəfat edib

    1905. Rusiya hakim dairələrinin təhriki ilə ermənilərin Bakıda azərbaycanlılara qarşı törətdiyi qırğın başa çatıb

    1920. Parisdə imzalanan müqavilə ilə Şpitsberqen adasının statusu müəyyən edilib

    1924. Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin dekreti ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (Naxçıvan MSSR) təşkil edilib

    1931. 7-ci Ümumazərbaycan Sovetlər Qurultayı başlayıb. Qurultay 16 fevralda başa çatıb

    1934. Türkiyə, Yunanıstan, Rumıniya və Yuqoslaviya arasında Balkan sazişi imzalanıb

    1948. Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiya qəbul edilib

    1969. "Boeing 747"-nin ilk uçuşu həyata keçirilib.

    1984. Sovet lideri Yuri Andropov vəfat edib

    1991. Litva SSR əhalisi referendumda müstəqilliyinə səs verib

    1994. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında "Dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə" və bir çox sahələrdə əməkdaşlığa dair protokollar imzalanıb

    1995. Azərbaycan Respublikası Bosniya və Herseqovina ilə diplomatik əlaqələr qurub

    1996. Almaniyanın Darmştad şəhərində atom kütləsi 277 olan yeni element sintez edilib

    2004. "Mozilla Firefox 0.8" veb brauzeri satışa çıxarılıb.

    Günün aforizmi

    "Poeziya ruhun musiqisidir"

    Volter
0 0 0