Eurovision-2010 biletləri 20 dəqiqədə satıldı

Son güncelleme: 08.02.2010 22:01
  • noimage

    Osloda keçiriləcək "Eurovision-2010" müsabiqəsinin mayın 29-da keçiriləcək final mərhələsinin biletləri 20 dəqiqə ərzində satılıb qurtarıb.

    APA-nın Norveç mətbuatına istinadən yaydığı xəbərə görə, mayın 25-i və 27-də keçiriləcək yarımfinal, eləcə də iki əsas məşq və 29-da keçiriləcək finala 90 min bilet satışa çıxarılıb. Biletlərin qiyməti 36-192 avro arasında olub. Bileti telefonla sifariş etmək, eləcə də internet vasitəsi ilə almaq mümkün olub. Birinci beş dəqiqə ərzində müsabiqə təşkilatçıları 3 minə yaxın bilet satıb.


    Qeyd edək ki, yubiley xarakterli olan 55-ci "Eurovision" müsabiqəsi Norveçin paytaxtı Osloda "Telenor Arena"da keçiriləcək. Müsabiqənin iki yarımfinalı mayın 25-i və 27-də, finalı isə mayın 29-da baş tutacaq. Ümumilikdə "Eurovision-2010" müsabiqəsində 39 ölkə iştirak edəcək. Beş ölkə final mərhələsində birbaşa iştirak etmək hüququ qazanıb, digər 34 ölkə isə I və II yarımfinallarda finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Hər yarımfinaldan finala 10 təmsilçi çıxacaq. Final mərhələsində isə 25 ölkənin təmsilçisi qələbə uğrunda yarışacaqlar.

    Qaynaq:LENT.AZ
#08.02.2010 22:01 0 0 0