1.Bəzi kitabları dadmaq, bəzilərini elə-belə udmaq olar, amma az miqdarda kitabı yaxşı çeynəmək və həzm etmək lazımdır.
F.Bekon
2.Nəyi isə oxuyan adam heç bir şey oxumayan adamdan xeyli yüksəkdə durur.
V.Q.Belinski
3.Keçmişi bilmədən müasir dövrün əsl mənasını və gəlcəyi anlamaq qeyri-mümkündür.
M.Qorki
4.Su axar çuxuru tapar, axmaq axmağa heyran olar.
N.Bualo.
5.Bir dəfə səhv etməkdənsə, iki dəfə soruşmaq yaxşıdır.
Moldav atalar sözü.
6.Kim mənim səhvlərimi düzgün göstərirsə, o mənim müəllimim, kim mənim düz hərəkətlərimə doğru qiymət verirsə, o mənim dostum, kim mənə yaltaqlanırsa, o düşmənimdir.
Syun-Tszı.
7.Dilənçinin kiçik bacısı var, həmişə böyük bacısının yanında olur və ona altdan-altdan təsəlli verir, bu, biganəlikdir.
J.Renar.
8.Ağıllı o adam deyildir ki, səhv etmir. Belə adam yoxdur və ola da bilməz. Ağıllı o adamdır ki, onun etdiyi səhvlər çox da mühüm olmur və bunları asanlıqla və tezliklə düzəldə bilir.
V.İ.Lenin.
9.Özündən hər kim ki, deyil xəbərdar,
Bir qapıdan girər, digərindən çıxar.-
Nizami.
10.Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Rus atalar sözü.
11.Dəliliyin əvvəlinci dərəcəsi özünü ağıllı bilməkdir.
M.T.Sidqi.
12.Vay o dirinin halına ki, ölü nəcəbati ilə fəxr edir.
A.A. Bakıxanov.
13.Dəniz özü üçün dalğalanır, çöpə isə elə gəlir ki, dəniz onun üçün dalğalanmışdır.
A.A. Bakıxanov.
14.Ot olub yeyilməkdənsə, diş olub yemək yaxşıdır.
V.Hüqo.
15.Ya göründüyün kimi ol, ya da olduğun kimi görün.
Cəlaləddin Rumi.
16. Havadakı durnanı tutacağam deyə, əlindəki sərçəni uçurma.
Tatar atalar sözü.
17. Tamah bu qapıdan girəndə, səadət o qapıdan çıxar.
Tai atalar sözü.
18. Sənə pis deyəni onu sənə xəbər gətirəndən tez bağışla.
Nuşirəvan Adil.
19. Ər-arvad arasında məhəbbət olmadan, onların ailə həyatında xoşbəxtlik ola bilməz.
C.Bayron.
20. Məhəbbət - Keçmişi və gələcəyi tanımayan yeganə ehtirasdır.
O.Balzak.
21.Müharibədə atılan hər güllə bir ana ürəyinə dəyir.
Q.Quliyev.
22. Ömrə günəş nuru saçandır ana,
Səadət qapısı açandır ana.
23. Ərş də istər belə yana ürəyi,
Günəşdən sönməzdir ana ürəyi.
M.Bahar.
24.Qadının müdrikliyi və dəyanəti kişidə namusluluq tərbiyə edir.
25.Qızı qadın kimi sevməzdən əvvəl, onu insan kmi sev.
V.A.Sumoxlinski.
26. Sevgi elə bir eynək taxır ki, ondan baxanda kasıblıq zənginlik kimi, od zərrələri qızıl və mirvari kimi görünür.- M.S.Servantes.
27. İnsan özünün əldə edə biləcəyi şeyi Allahdan istəməsi axmaqlıqdır.
F.Engels.
28. Hər bi adamın Allahı onun vicdanıdır.
Menandr.
29. Kişinin qeyrəti olmasa, məsləki də olmaz.
Qabusnamədən.
30. Pul qiymətlidir, insan həyatı ondan da qiymətlidir, vaxt isə hər şeydən qiymətlidir.
A.V.Suvarov.
Aforziml601;r v601; m252;drik k601;lamlar.
İnsanı mənhv etmək olar,amma ona qalib gəlmək olmaz.
E.Heminquey
İnsan təbiətdən mərhəmət gözləməməli,istədiyini ondan almalıdır.
İ.V.Miçurun
Bəxt səxavətlidir ,amma etibarsızdır,təbiət isə səxavətli,etibarlı və tükənməzdir.
Xoşbəxtlik qızıl toplamaqda deyil,sağlam bədəndə və ailə səadətindədir.
Demokrit
Sağlamlığa tay olan dost yoxdur,xəstəliyə bərabər düşmən var.
Epikür
Biz yalnız ağıl və biliyimiz sayəsində yaxşı və ya pis,xoşbəxt və ya bədbəxt oluruq.
Epiktet
Təkcə bilik azdır,onu tətbiq etmək lazımdır,istəmək azdır,fəaliyyət göstərmək lazımdır.
İ.V.Gote
Əgər sən başqaları üçün bir iş görmürsənsə,heç kəsdən,hətta dostlarından belə yaxşılıq uma bilmərsən.
S.Diogen
Sözün qədrini bilməyən,zəif düşüncəli insan adətən şox danışar.
S.Monteskye
Mümkün olmayanı yalnız insan mümkün edə bilər.
Həmdə mümkün edə bilməyi düşünənlər edə bilər.
R.U.Emerson
Nə vaxtki qəmlisən işlə,bu kədəri qovmaq üçün yeganə vasitədir.Heç nə iş qədər adamı cansıxıcı boşluqdan xilas etmir.
İ.R.Bexer
Sevmək gözəldir, amma sevilmək daha gözəldir, Yaşamaq gözəldi, amma yaşatmaq daha gözəldir, İdeal olmaq gözəldir, amma Mix.aZlı olmaq daha gözəldir
Tural İsayev