Yuxu görmək təbii haldır. İsti yataqdan qan-tər içində qalxmağımıza səbəb hansı yuxulardır? Belə yuxuların mənasını tapmaq üçün saatlarla internetdə gəzişir, yuxuyozma kitablarını vərəqləyirik.
Ən çox görülən 10 yuxu bunlardır:
Qovalanmaq
Yuxuda vəhşi heyvan və ya qorxduğunuz biri tərəfindən qovulursunuzsa, demək nədənsə çəkinirsiniz və ya həyatınızla bağlı bəzi qarışıq məqamları unutmağa çalışırsınız.
Yıxılmaq
Yuxuda yıxılmağımızı demək olar ki, hamımız görmüşük. Bəziləri bu yuxunu tərk ediləndə, bəziləri isə gələcəklə bağlı planlarını qura bilmədikdə görürlər.
Azmaq
Ən çox görülən yuxulardandır. Belə yuxu görürsünüzsə, demək əlinizə düşən fürsətləri yaxşı dəyərləndirmiziniz.
Çılpaq qalmaq
Yuxuda özünüzü insanların arasında çılpaq qalmış görsəniz, demək bədəninizin hansısa nahiyəsi xoşunuza gəlmir.
Dişsiz qalmaq
Yuxuda dişlərinizin çıxarıldığını və ya ağzınızı dişsiz görsəniz, özünüzə güvənlə bağlı probleminiz var.
Yavaş hərəkət etməkDemək həyatınızda hər şey öz yolunda deyil və sizin narahatlıqlarınız var.
Uçmaq
Yuxuda uçmaq xoşbəxtlik deməkdir. Bu, özünüzü hər sahədə daha yaxşı tərəfdən göstərəcəyinizə dəlalət edir.
Qapalı yerdə qalmaq
Əgər yuxuda qapalı bir yerdə qalıb, diri-diri basdırıldığınızı görürsünüzsə, demək həyatınızda hər şey öz axarında getmir. Ya peşə seçimində səhvə yol vermisiniz, ya da kiminsə sizə azad yaşamağa mane olduğunu düşünürsünüz.
Sulu yuxularƏgər yuxuda suda boğulursunuzsa və ya böyük su kütləsi üstünüzə tökülürsə, demək sizi narahat edən ciddi problemləriniz var.