Salam əziz dost Səni çox axtardım şəkillərdə, səhifələrdə... Soruşdum hər kəsdən , hər gözdən uzaqlardan, yaxınlardan, tanışlardan ,yadlardan, gördüklərimdən və eşitdiklərimdən daha kimlərdən axtardım ele hey
Uzaqlarda idinmi ?? məni atıb hara getdin? niyə tək qoydun məni yoxsa məndən incimişmiydin? Axı nə idi günahım? Bəlkə sənə dostluğumu sübut edə bilmədim? Bəlkə də mənə öz dəyərini öyrətdin? Axı səni tam tanıya, tam qiymətləndirə bilmədim. Amma yenə də nə qədər dəyərli olduğunu öyrəndiyimi sənə yenə də çatdıra bilərəmsə... Amma ki nə fayda yenə uzaqdasan, yenə məndən uzaqda yenə mənim dostumsan... Amma dostluğumuz hiss olunmur. Sanki, donmuş canlı insan... Düşünsə də var olduğunu deməyin mənası yox, olsa da kimə nə fayda... Səhv başa düşmə, indi sən əslində bu təsiri bagışlayırsan amma əslində mən səni itirmişəm. Neyləyək yadlara satdım səni, uzaqlara odlara satdım səni. Deyirlər çox yanırsan, elə hey ümidlə qocalırsan, artıq ümidin də qocalıbmış. Amma yenə ümid ölümdən sonra öləcək deyirlər...
Yenə qayıdacağına yox qaytaracağıma inanıram. Sən bizimsən, bizim olacaqsan... Yox olmalısan!!!... Bu dəqiqə, ən yaxın uzaqda, en uzaq bu gündə... Bir azdan görüşərik seni sevən, sənsiz Azərbaycan... Nə qədər uzaq olsan da, yaxınsan candan da... dayandığım yerdən də... Səni çox sevirəm səndən də çox, özümdən də çox... Gözlərim ağlasa da, ürəyim yansa da bu əzablar meni rahat buraxmır... Sənsiz qalmaqdansa ölsəm yaxşıdır, sənsiz yaşamaq namussuz ölmək deməkdir mənim üçün...
Canım mənim, Qarabağım mənim....
Hələlik deməyə də üzüm gəlmir... Görüşənədək demək xəcalətdi...
Nə deyim də bilmirəm sənin qarşında başı aşağıyam... InşAllah nəsə başa düşərsən... Sözlərlə ifadə edə bilmədim deyəsən...Ya mənim, ya da onların gücü çatmadı