Bir xəyal qurdum

Son güncelleme: 09.02.2010 00:39
  • noimage

    Bir kölgən olsun istəyirsən və o kölgəni xəyallarında belə xəyal edirsən. Onu qəlbində yaradıb yaşadırsan. Heç bir zaman ətrafına fikir vermədiyin üçün bir gün dövrəndə dövr edən kölgən qarşına çıxır. İllərdi gözlədiyin məqam yetişir, arzuların, ümidlərin və xəyalların oyanır.
    Bir müddət sonra hər zaman sənin yanındaymış kimi qol-qola girib yan-yana gəzirsən kölgənlə, üşüdüyün an ona sığınıb ondan istilik alırsan, həttda o sənin üçün bir günəş kimi parıldayıb sənə qışda şaxta bəxş etsə belə yenə ona sığınıb isinmək istəyirsən. Qucaqlayırsan ümidlər, arzular və xəyallar yaradan kölgəni. Bir dağ başında uçurumda olduğundan xəbərin yoxdu, səni göyün yeddinci qatına qaldıran bu kölgə bir azdan səni o təpədən yerə buraxacaq və hələ də sən onu onunlasan, o uçurumdan uçmamaq üçün qucaqladığın ümid, arzu və xəyallarını tərk edib sənə ip ucu olan yeni bir həyatdan tutmalısan. Amma bacarmırsan o xəyalların, ümidlərin və arzuların ilə birlikdə tək qalırsan.
    Bir zaman sənin qarşına çıxan kölgən, sonradan səninlə qol-qola girərək səndə ümidlər, arzular və xəyallar yaradır. Sonunda SƏN onun arxası ilə sürünən kölgə olursan. O səndən ayrılaraq yeni bir həyata addımlayır, sən isə ondan ayrı olsan belə, hələ də onun atdığı addımlar arxası ilə sürünüb, ümidlər edirsən, arzularınızı birlikdə yaşadığını zənn edib, xəyallar qurursan.

    Bir heyal qurdum..

    Bir xəyal qurursan, onun da yerinə bunları real həyatda yaşamadığın üçün xəyalında yaşadırsan. Həyatın boyu arzuladığın həyatı onunla birlikdə ailə həyatı quraraq yaşayırsan. SƏN və MƏN! Bizdən başqa heç kim yoxdu o həyatda, hər ikimizin ortaq züvqünə görə bir evimiz olur, otağın divarlarında sənə və mənə aid olan şəkillər, sözlər, hekayələr. Evdə olduğumuz an sevdiyimiz musiqilərin səslənməsi. İnsanın dünya içində dünyası sayılan evimizdə, kiçik bir dünya yaradırıq. Körpəmizin otağı! O otaqda arzular xəyallar, umidlər yaşadan oyuncaqlar. MƏN xəyal sayılan xəyal qurduğum dünyada, dünyaya gəlməyən övladın oğlan olması üçün Allaha dualar edirəm SƏN isə qız olacaq deyirsən. Mən bir canda iki sevgi daşıyıram, biri sənə aid biri mənə, xəyallarımda isə sən bir canda iki can daşıyırsan.. Biri mənim qurduğum xəyal, biri də Allahdan istədiyim arzum. Ümid etməyə ümidlər belə saxlamadın. Amma mən yaşadıram hər bir anımda. Hər bir dəqiqəmdə! Ağlama bəlkə səndə xəyal edirsən nə bilmək olar, bəlkə sənin kölgən mən deyiləm, sənin xəyallarında qurduğun həyatda ağlamaq körpəyə ziyandı. Sonuna qədər mən mübarizə apardım, sən qismətə inandın. Mən həyatda heç bir şeydən qorxmadım. Bir tək səni itirməkdən başqa. Amma indi ondan da qorxmuram, çünki hər dəqiqəmdə yeni xəyallar qururam bu ən kiçik bir anı sayılır. Səni heç bir zaman itirmədim!

    Bir heyal qurdum..

    Bəlkə bir gün o qurduğum xəyallar ilə qarşına bir kölgə kimi həyat yoldaşım və sənin arzuladığın qız övladı ilə yenidən üz-üzə gələm. Qızımı çağırıb onun başına sığal çəkmək istəsən öz adın ilə səsləyərsən. Çünki sənə olan sevgimi daima yaşatmaq üçün ona verəcəm.
    Bir heyal qurdum..
    Sən mənə xəyallar verməsən də, bu yaşatdığım xəyallar mənə ümidlər verir....
    Mənim üçün bundan başqa bir xəyal qur şəxsi xəyallarında, bundan fərqli və gözəl olsun...
    Tərk etmək asantdı, amma qurulan xəyalları dağıtmaq, ümidləri məhv etmək olmur... Əgər olursa tərk etdiyin insan üçün bir xəyal qur, elə bir xəyal qur ki, bu ümidləri, xəyalları yeniləsin....
    Amma demə məndən yaxşısın tapacaqsan ?!
#09.02.2010 00:39 0 0 0