Addım atmaqı öyrənmək istəyən körpə, Ana qucağından düşərək dizlərini oyuncaqlar arxası ilə sürüməkdən yara edir. Onlara çatdığı an kiçiçik, zərif və gücsüz olan əlləri ilə götürüb, bir ayağı bükülü vəziyyətdə oturur. O oyuncaqları ilə oynadığı an qıraqdan ona maraqla, diqqətlə və gülərək baxarlar. Bir az oynadıqdan sonra, yenidən onu otağın bir küncünə ataraq arxası ilə həvəslə və sürünərək yetişir. Sevgi dediyimiz əsl sevgi bax bu uşaq kimidi, hara getsək də harda tərk etsək də fərq etməz bir kölgə olaraq arxasında sürünəcəyik. Onu heç bir zaman özümüzdən uzaq tuta bilmərik! Həttda bir qürur kimi tapdalamaq istəsək belə bacaramarıq!
Ana qucağından düşən körpə. Bəşəriyyatdan bəşərə düşən bir sevgi kimidir,anlamsız, səbəbsiz, açılmaz, gözə görünməz, sirrli və sehirli olan bir sevgi kimi.
O körpənin oynadığı oyuncaqları isə xəyalları, ümidləri və arzulardı. O bunların nə olduğunu bilmədiyi üçün iməkləyər arxası ilə, onu öyrənmək üçün əzab və əziyyətlər çəkərək dizlərini yara edər.
Körpə bir uşağın o oyuncaqlar arxası ilə sürünməyi yeni çiçək açmış bir sevgi kimidir. Sevgi hər bir insana xoşbəxtlik gətirdiyi qədər, əzab və əziyyətlər də bəxş edər. Bu əzab və əziyyətlər sonunda sadəcə səni dəyərləndirərək qiymət verər. Çünki onu yaşadığın üçün xoşbəxt olarsan, fərq etməz səni tərk etdi, və yaxud da yanındadır.
Oyuncaqlar ilə oynayan körpə bir gün oynadığı oyuncağını görmədikdə ağlayar, heç kim onun nə üçün ağladığını başa düşməz, o başa salsa belə heç kim onu başa düşməz. Sevginin nə olduqunu heç kim başa düşmədiyi kimi.
Körpə bir uşaq ağlayarkən onun göz yaşılarını görən Ana, onların damla-damla yanağından süzməsinə imkan verməz... Amma insan ağlayarkən heç bir insan onun göz yaşlarını görməz, bir körpə uşaq kimi gözlərini silməyə gücü belə yetməz.
Körpə bir uşağın göz yaşlarını silən Ana o, oyuncaq yerinə başqa bir oyuncaq versə belə bir anlığına o kövrək səsini kəsib o oyuncağın nə olduquna baxar, amma axtardığı oyuncağın olmadığını gördükdə, yenidən ağlayaraq onu axtarar. Körpə uşağın oyuncaqları içərisində nə qədər yenisi və gözəli olsa belə ona sevimli olan tək bir oyuncaq olur. Hər bir insanın xəyalında qurduğu bir sevgili kimi. O oyuncağı tapdığı anda sevinir, gücsüz və zərif olan əlləri ilə onu ümüdləri və xəyalları kimi qucaqlayır. Yenidən xoşbəxt insanlar kimi oyuncaqları ilə oynayar.
İnsanların körpə uşaqlarda nə fərqi var, əvvəli bir körpə olan insanın atdığı addımlar belə sevgi üçün addımlayıb.
Oyuncaqları otağın bir küncünə atıb ayağı bükük vəziyyətdə oturan körpə, sevgisindən ayrı düşüb onun həsrətini çəkən aşiq kimidi İnsanlar sevgilərindən ayrı düşdükləri an, körpə uşağın otağında, otağın bir küncünə atılmış oyuncaq kimi. Ya da bir ayağı bükük vəziyyətdə oturan uşaq kimi bir qədər həsrət dadaraq düşünüb yenidən oyuncaqları arxası ilə sürünərək bir kölgə kimi olurlar....
Körpə bir uşaq böyüyərək böyük bir insan olur. Sadəcə fərqlər olur.
Körpə bir uşaq xəyallarının, ümidlərinin və arzularının nə olduğunu anlamaq üçün oynayır o oyuncaq ilə. İnsan isə bu oyuncaqların nə olduğunu bilərəkdən oynayır.
Körpə bir uşaq bu oyuncaqların nə olduğunu anlmasa da hər dəfə böyük insanlar tərəfindən ona alınan oyuncağa sevgi kimi baxır. Amma insan böyüdüyü üçün sadəcə buna oyuncaq kimi baxır
Körpə bir uşaq sevginin nə olduğunu başa düşür, insanlara başa sala bilmir İnsanlar isə ona bu sevgi deyil sadəcə əyləncədi başını qat başa salır.
Körpə bir uşaq bu oyuncaqların arxası ilə kölgə kimi sürünərək addımlamağı öyrənir.
İnsan isə addımlayaraq o kölgəni tapdalamaq istəyir.
Körpə bir uşaq sevgini başa düşdüyü üçün o hər zaman bir sevgi kimi sevilir. İnsanlar isə ancaq o sevgini uşaqda tapırlar.
İnsanlar nə qədər böyüsələr də onlar sevgi qarşısında bir kölgə kimi sürünən gücsüz bir körpə uşaqdılar. Onlar hara getsələr də, harda tərk etsələr də olduqları yerdə sevgi ilə qalarlar... Sevginin ilki sayılan körpə uşaq onlara sevginin nə olduğunu körpələri olduğu an gecə yarısı şirin yuxudan körpə uşaqlarının kövrək və incə səsinə oyananda başa salar.