Lənkəranda yanğın

Son güncelleme: 09.02.2010 22:16
  • noimage

    Lənkəran rayonunda yanğın baş verib.

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (RYMH) APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə fevralın 9-da saat 18 radələrində rayonun Digah kənd sakini, 1955-ci il təvəllüdlü İbadət Şirəli oğlu Məmmədova məxsus yaşayış evində qeydə alınıb. Hadisə yerinə çağırılan iki yanğınsöndürən maşının köməyi ilə yanğının əhatə dairəsinin genişlənməsinin və onun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə 108 kvadratmetrlik iki mərtəbəli evin mətbəx hissəsi yanaraq yararsız hala düşüb.

    İlkin versiya kimi yanğına elektrik naqillərinin qısa qapanmasının səbəb olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.
    Qaynaq:LENT.AZ
#09.02.2010 22:16 0 0 0