Mətbəxdə az olan xanımların diqqətinə

Son güncelleme: 12.02.2010 07:54
  • Mətbəx fəndləri

    noimage

    * Balığı qızartmazdan əvvəl unlama zamanı bir az ovulmuş pendir əlavə olunsa, qızardılmış balığın dərisi daha da dadlı olur.
    * Sobada bişirilmiş kartofa əvvəlcədən duzlu su səpilsə, kartofun qabığı dadlı olur.
    * Əgər boşqaba bir xörək qaşığı ağ şərab töksəniz, toyuq bulyonu daha ətirli olar.
    * Yüngülcə əprimiş xiyar turşusuna bir çimdik çay sodası əlavə etsəniz, xiyarın əvvəlki elastikliyi bərpa olunar.
    * Qurudulmuş ədva otlarını bişirilən xörəyə qatmazdan əvvəl 5 dəqiqə isti suda saxlayın - onların ətiri daha da artacaq.
    * Qızardılarkən balıq folqaya yapışmasın deyə, əvvəlcə folqaya yağ sürtmək lazımdır.
    * Əgər xörək bişirəndə barmağınız və əliniz azacıq yanıbsa, dərhal yanığın yerinə çay sodası vuraraq üstünə yaş dəsmal qoyun və yanıq qabar verməyəcək.
    * Əgər qaynayan süd köpüklənərək plitənin üstünə tökülübsə, həmin yerə duz səpərək üstünə yaş parça qoyun. Bu zaman qoxu evə yayılmaycaq.
#12.02.2010 07:54 0 0 0