250 q un
300 q şəkər
6 ədəd yumurta
50 q kakao tozu
100 q şokolad
200 q qaymaq
5 q ovulmuş portağal qabığı
1 paket vanil
5 q soda
Yumurtaları sındırdıqdan sonra ağını 150 q şəkərlə çalıb üzərinə kakao, soda, un, portağal qabığı, vanil və 50 q şəkərlə ovuşdurulmuş yumurta sarısı əlavə edib xəmir yoğurun.
3 hissəyə bölüb qoğal bişirin.
Qaymağı qalan şəkərlə çalın.
Şokoladı sürtgəcdən keçirin.
Qoğallara çalınmış qaymaq sürtün. Yan tərəflərini və üzərinə də qaymaq sürtdükdən sonra şokolad səpin.
Məmulatı üçbucaq formasında doğrayıb 20 dəqiqə soyuq yerdə saxlayın.