Qazaxıstanda mənfi 60 dərəcə temperatur qeydə alındı
Qazaxıstanın şərqində anomal hava şəraiti müşahidə olunur.
Lent.az-ın "Rosbalt" agentliyinə istinadən verdiyi məlumata görə, yaşlı insanlar belə soyuq və qarlı hava şəraitinin bu vaxta qədər müşahidə olunmadığını bildiriblər.
Temperatur mənfi 60 dərəcəyə qədər enib, qalın qar örtüyündə yerimək mümkün deyil, bəzi yerlərdə 2 metrə çatıb. Yolları açmaq üçün xüsusi texnikadan istifadə edilməyə cəhd göstərilsə də, belə aşağı hava temperaturuna həmin texnika dözmür. Digər tərəfdən, dövlət büdcəsində qış fəslində yolların təmizlənməsi üçün nəzərdə tutulmuş vəsait də çoxdan qurtarıb.
Bir çox kəndə gedən yollar bağlanıb və marta qədər həmin yolların açılacağına inam yoxdur. Ərzağın daşınması üçün kirşələrdən istifadə olunmağa çalışılır.