Gənc görünməyin sirri dodaqlardır

Son güncelleme: 14.02.2010 00:03
  • noimage

    İnsanlar, xüsusilə qadınlar yaşlarından gənc görünmək üçün əllərindən gələni edir. Təbii ki, bütün bunlar xeyli vəsait hesabına başa gəlir.


    Amma gənc görünmək üçün müxtəlif prosedurlara nə qədər çox pul xərcləsəniz də, yaş yenə özünü göstərir. Yaşı gizlətmək üçün üzün yeganə bir üzvü var-dodaqlar.



    Daim qulluq edilən canlı dodaqlar insanın ən azı 10 yaş daha cavan görünməsini təmin edir. Bu aparılan araşdırmalarla da sübut edilib. Mütəxəssislər dodaqların gözəlliyinin irsi olduğunu da deyirlər.

    Amma onlar bu işdə nəsil faktoruna əsaslanmağı məsləhət görmürlər. Belə ki, özünə yaraşan dodağı əldə etmək üçün peşəkar həkimlərə də müraciət etmək olar.

    Dodaqların gözəl görünüşünü təmin etmək üçün ən asan vasitə onlara evdə qulluqdur. Bunun ən asan yolu isə onları gündə iki dəfə yumşaq ucluqlu diş fırçası ilə masaj etmək və bal sürtməkdir.
#14.02.2010 00:03 0 0 0