Hal-hzırda kişilərdən çox qadınlar subay qalmağa həvəslənirlər."Subalıq sultanlıqdır" sözü əvvəldən sadəcə kişilər üçün işləsilən bir söz idi.Lakin indi evlənmək istəməyən qadınların sayı çoxalmağa başlayıb.Bu artım səbəbsiz deyil.
İşləyən qadınlar üçün evlilik heç bir məna daşımır.Budur onlar üçün subaylığın yararları.Tətil vaxtlarında evin əskikləri ilə maraqlanmaq əvəzinə dostlarla sakit bir məkanda görüş.
Televizorun pultu həmişə onların əlində olur.Futbol izləməyə məcbur qalmırlar.
Dostları ilə istədikləri kimi telefonda danışa bilirlər.Saatlarca danışmağın heç bir zərəri yoxdur.
İstirahət günlərini istədikləri kimi keçirə bilirlər.İstədikləri zaman müddətində yataraq tənbəllikdən zövq ala bilirlər.
Qazandıqları pulu istədikləri kimi xərcləyə bilirlər.Heç kim onlara "Az pul xərclə.Onu alma" kimi sözlər demir.
Evlərində istədikləri dekarasiyanı qura bilirlər.Bunun üçün onlara heç kim mane olmur.
Ətraflarında hər zaman heyranları olur.Subay olmaqları kişilərin marağına daha çox səbəb olur.Qismətləri hər zaman açıq olur.
Hər yerdə istədikləri kimi davrana bilirlər.Başqalarının qanunlarına əməl etmək məcburiyyətində deyillər.
İşdən gəldikdən sonra yorğun şəkildə mətbəxə üz tutmurlar.
Ürəkləri istəsə yemək bişirər,istəməsə bişirməzlər.