Səmimi qəlbdən təslim olmaq

Son güncelleme: 14.02.2010 12:29
  • Səmimi qəlblə təslim olmaq imanın vacib məsələlərindəndir. Hər kim Allahın varlığına, Onun yeganə Yaradan və pərvəriş verən olmağına, bütün nemətləri onun ixtiyarında qoymasına etiqad bəsləsə, həmin şəxsdə belə bir Allaha qarşı razılıq və təvəzökarlıq hissi yaranar. Allahdan razı olub, qarşısında təvəzökarlıq göstrmək səmimi qəlbdən təslim olmaq adlanır. Məlumdur ki, hər kəsin imanı nə qədər çox olsa, onun mərifəti də bir o qədər genişlənər, Allahı daha da əzəmətlə dərk edər. Bu hiss getdikcə o qədər artar ki, həmin şəxs özünü Allahla kamil surətdə və səmimi qəlblə təslim edər. Artıq onun üçün heç bir mənəmlik və qürur qalmaz, bütün hərəkət, sükunəti və varlığı, qəlb, əqidə, düşüncə, xəyal və əməlləri Allaha görə olar. Quranın təbirincə desək: "Və huvə möhsin" - yəni o, tam mənada yaxşı əməl sahibinə çevrilər. Bütün mərhələlərdə yaxşı əməl sahibi olub, Allaha səmimi qəlbdən təslim olmaqla xatircəmlik və düşüncə rahatlığı əldə edər, həmişə Allahla ünsiyyətdə olar, hədəf və məqsədi ona yaxınlaşmaqdan başqa bir şey olmaz.

    Quran bu kamil insanlar haqqında belə buyurur: "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər və deyərlər: Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından özün qoru!" Onların qəlbləri oyaq olub, öz məhbubları və Onun yaratdıqları barədə düşünərlər.

    Bütün mövcudlar Allah-təalanın varlığından bəhrələnib, Onun bərəkətindən istifadə edirlər. Amma əsas məsələ bundadır ki, onlar ilahi varlıq haqqında mərifət kəsb etsinlər və başa düşsünlr ki, insanın şərafət və nəcibliyi ona özündən də yaxın olan Allahı tanımaqdır. "Biz ona şah damarından da yaxınıq"

    Onun mübarək vücudu hər yeri, o cümlədənbütün mövcudları əhatə edir, "Şərq də, qərb də Allahındır. Hansı tərəfə yönəlsəniz Allah ordadır. Şübhəsiz ki, Allahın mərhəməti genişdir və O, hər şeyi biləndir!" "Belə bir Allaha qovuşmaq arzusu, kamil səadət və ən yüksək məqsəddir ki, bundan üstünü yoxdur".

    Yaradılışın hədəfi Allahı həqiqi surətdə dərk edib, Onun sifət və işləri ilə tanış olmaqdan ötrü elm əldə etməkdir. Qurani-Məcid bu barədə buyurur: "Yeddi qat göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, hər şeyi öz elmi ilə ehtiva etdiyini biləsiz deyə, Allahın əmri onların arasında nazil olar."

    Tanrının isim, feil və sifəti bütün varlıqların adlarından başlayaraq onların vücud mənbələrinə qədər hər bir yerdə tətbiq olunur. Quran bu barədə çox aşkar və gözəl bəyanla buyurur: "Bütün işlər axırda Allaha qayıdacaqdır"

    Allahın isim, sifət və feilini nə qədər çox xatırlasaq, iman və mərifətimiz də bir o qədər çoxalar və bu da, Allahın "Ürvətul-vüsqa"sında daha da möhkəm yapışmağa səbəb olar. Quranda çox az mövzu tapmaq olar ki, ona, Allahı daim zikr edib, Onun nemətlərini səhər-axşamyad etmək qədər əmr olunsun. "Onu (Allahı) səhər-axşam təqdis edib şəninə təriflər deyin!"

    Məlumdur ki, iman və onun mərhələlərinin etibarına görə qəlblə olan zikrin çox əhəmiyyəti vardır. Dil ilə zikr etmək, qəlb zikrinin yaranmasından ötrü bir müqəddimədir.
    Onların dili alış-verişlə məşğul olmasına baxmayaraq, qəlbləri həmişə Allahı yad etməklə məşğuldur...
#14.02.2010 12:29 0 0 0