Qubada ağır yol qəzası

Son güncelleme: 15.02.2010 14:07
  • noimage

    Fevralın 14-də axşam saatlarında Azərbaycanın Quba rayonunda qəribə yol nəqliyyat hadisəsi baş verib.

    ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Zərdab kənd sakini Şahin Gülağa oğlu Kərimovun idarə etdiyi "VAZ 2107" markalı avtomaşın qəfildən 3 ata çırpılıb. Nəticədə sürücü və sərnişinlər xəsarət almasa da, atların üçü də hadisə yerində tələf olub.

    Quba Rayon Polis Şöbəsindən bölgə müxbirinə verilən məlumata görə, faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, hadisəyə səbəb atların qəfildən yola çıxması olub.

    LENT.AZ
#15.02.2010 14:07 0 0 0