Əvvələ nəzər salsaq görərik ki, çoxları tez ailə qururdular.Adətən valideynlər, bizim yaxınlarımız tez qurulan ailənin tez daöıla biləcəyini dilə gətirirlər ancaq fikir versək görərik ki, keçmiş zamanda bu heçdə belə deyildi.Hər kəs qorxmadan sağlam ailənin təməlini qurmağı bacarırdı.Bəs indi necə?
İndi gənclərimiz ailə qurmağa çox ehtiyyat edirlər.Çoxları tez ailə qurmaqdan yaa deyirlər.Həm fikirləşirik ki, yaşa dolduqca çox şey öyənmiş oluruq həmdə, özümüzü sağlam ailənin təməlini qurmağa hazır görürük.Gec evlənmə səbəbləri hər kəsə görə fərqlidir.Hər birimizin özümüzə görə müxtəlif eyni zamanda haqlı səbəbləri var.İlk əvvəl ailə quracağın insan tanımaq əsas çərtlərdən biridir.Ancaq bir insanı tanımaq üçün bəzən bir bəs etmir.Qısa bir müddət içində o insanın daxilini necə təyin etmək olar.İnsan nə zaman özünü evlənməyə hazır görür?
Xoşuna gələn, onun istəklərini tamamlayan biri ilə qarşılaşdığı zamanmı?
Fikirləşirsiniz ki, bunlar bir ailənin təməlini qurmağa kifayət edir?
Hər kəs həyatını bölüşəcək olan insandan başqa qarşılıqlar gözləyir.Ən əsası odur ki, hər insan pzünə yaraşan, özünə layiq olan biri ilə ailə qurmaq istəyir.Sevmək, gəzmək və ailə qurmaq bunlar üçü fərqli məna daşıyır.Heçdə hər kəsə sevdiyi insanla ailə qurmaq nəsib olmur.Eyni zamanda heçdə hər kəsə tam ürəyincə olan bir insan nəsib olmur.Bəlkə məhz elə bu səbəblərdir ki, biz evlənməkdə tərəddüd edirik? Əvvəl yaxından tanıyaq deyirik.Əvvəl onunla daha yaxşı tanış olaq deyirik.Hər birimiz üçün "Ailə" anlayışı eyni məna kəsb etmir.Kimimiz onun sağlam və istədiyimiz kimi olması üçün illərcə gözləməyi gözə alırıq, kimimizdə sevdiyimiz zaman heçnəyi fikirləşmədən ailə qurmağı qərara alırıb.