Ən əziz peyğəmbəri bizə göndərən Rəbbimizə şükürlər olsun...Həzrət Peyğəmbərimiz Rəbbimizin bizə olan ən böyük hədiyyəsidir..Heç bir qarşılıq vermədən onun ümməti olmaq kimi bir şərəfi bizə bəxş edən Allah təalaya nə qədər şükür etsək yenə azdər..Onun ümmətindən olmaq ən böyük xoşbəxtlik və səadətdir...Qəlbi onun sevgisiylə dolu olanlar necə də xoşbəxtdir...Göz bəbəyimiz ola Rəsululah həzrətlərini çox sevirikşşÇünki İslam günəşi onunla doğdu.Könül saraylarıız onun gətirdiyi Quran-i Kərimlə ilə nurlandı.O,suya həsrət quraq könülləri iman çeşmələriylə suladı.Hətta düşmənləri onun ali şəxsiyyəti qarşısında valeh oldular.Peyğəmbərimin dilindən müsəlman şəxsiyyəti-Peyğəmbərimin sevdiyi insan:
1.Mərhəmətlidir.
2.Yardımsevərdir.
3.Fədakardır.
4.Ata-anasına itaət edər.
5.Heyvanlara qarşı şəfqətlidir.
6.Doğru sözlüdür.
7.Kiçikləri sevər,böyüklərə hörmət edər.
8.Allahı hər şeydən çox sevər.
9.Peyğəmbərini hər şeydən çox sevər.
10.Namazlarını qılar.
11.Quran-i Kərimi çox oxuyar.
12.Pis söz söyləməz.
13.Haqsızlığa qarşıdır.
14.Qədirbiləndir.
15.Eyibləri örtər.
16.Gülərüzlüdür.
17.Çətinliklər qarşısında mətindir.
18.Dostları ilə xoş davranar.
19.Tədbirlidir,tələsməz.
20.Qənaətçildir,israf etməz
21.Comərddir
22.Cəsurdur
23.Çalışqandır
24.Bağışlayandır
25.Təmizkardır
26.Dürüstdür
27.İffıtli və həyalıdır
28.Elmə qiymət verər
29.Qohumlarını sevər
30.Haqsızlıq etməz
31.Ogurluq etməz
32.Allaha dua edər
33.Peyğəmbərinə salavatı çox gətirər
34.Səbirlidir
35.Təvazökardır
36.Qonaqpərvərdir
37.Allaha güvənəndir
Həyatını bizim dünya və axirət üçün həsr edən həzrət Rəsulullahın bizə duyduğu sevgiyə layiq olmağa çalışmalıyıq.
Evdə,məktəbdə,küçədə,bir sözlə harda olsaq ona bənzəmək,onu sevmək,ona yaxın olmaq ən böyük arzumuz və diləyimiz olsun.Qoy,ona olan sevgimiz qəlbimizdən dilimizə və davranışlarımıza əks etsin.Həsrətimiz cənnətdə ona qovuşanadək əskilməsin...