Albert Aqarunov Aqarunoviç

Son güncelleme:
  • Əslən dağ yəhudilərindən olub.Soruşanda ki , sən necə olur ki , öz Vətənün üçün yox digər bir ölkə üçün vuruşursan. Deyirdi ki :"Mən necə vuruşmuyum axı.Burda doğulmuşam,burda böyümüşəm,burda da qalacam."
    Özü elektrik olub.1988-ci ildən 91-ci iləcən Gürcüstanda əsgərlikdə olub.Orda tank sürməyi öyrənib.Sonra ordan bir başa könüllü olaraq Şuşaya gəlib.Tank komandiri təyin olunub.
    Onu əfsanə adlandırırdılar.Hətta tanklara əsgərlər öz aralarında Albert deyirdilər.
    Onu da qeyd etmək istərdim.Onun Şuşada vurub aşırdığı tank hələ də götürülməyib.Ermənilər onu özlərinin abidəsi seçiblər.Hər il onu ziyarət edirlər.Onun başına pul mükafatı da təyin etmişdilər elə.
    Şuşa alınan gün snayper gülləsindən şəhid olub.Şəhidlər Xiyabanında dəfn olunub.
0 0 0