Yuridullahu li yuzbihe ənkumur risce ehlel beyti ve yutahhirakum tathira
Yəni : " Siz ey (Peyğəmbərin) Əhli-Beyti ! Allah sizdən hər cürə pisliyi yox etmək və sizi tərtəmiz , pak etmək istər."
Bu ayədə mövcud olan "hər cürə pisliyi yox etmək" ibarəsi Əhli-Beyt imamlarının hər cürə günah və pisliklərdən tərtəmiz olduqlarına ,başqa sözlə desək məsum olduqlarına dəlalət edir.
Bu ayənin enməsi ilə bağlı olan hadisəni sizlərə çatdırıram :
Ümmü Sələmənin növbəsi olduğu bir gündə Peyğəmbər Əli(ə)ni , Fatimə(ə)ni, Həsən(ə) və Hüseyni (ə) çağırıb onları yanında oturtduqdan sonra üzərlərinə öz kisasını (yəni əbasını) örtüb dedi : "Allahım ! Bunlar mənim Əhli-Beytimdir . Bunları hər cürə pislikdən təmizləyərək pak (təthir) et. Bu vaxt Cəbrayıl (ə) Məhəmmədə (s.ə.a.s) nazil olaraq bu ayəni - Təthir ayəsini gətirdi.Ümmü Sələmə də hicablı vəziyyətdə orada idi , Peyğəmbər(s)dən soruşdu : "Ya Rəsulullah Mən də bunlardanammı ?" Rəsulullah "Xeyr . Sən xeyir üzərindəsən və yaxşı bir məqamın var." - deyə buyurdu.
İndi isə bu möhtəşəm hadisəni nəql edən alimlərdən bəzilərini qeyd edək :
Səhihi Müslim ," Peyğəmbər Əhli-Beytinin fəzilətləri babı - cild 7 , səhifə 130
Hakim "Müstədrək" cild 3 , səh 147
Səhihi Termizi - "Fatimənin fəzilətləri babı" 13/248-249
Əhməd ibn Hənbəl Müsnəd 2/292 ,293
İbni Kəsirin təfsiri cild 3 , səh 483
Əd-durrul Mənsur cild 5 , səh 198
və s.-nı qeyd etmək olar.
Bəzən sual olunur ki, bəs Peyğəmbərin qadınları da Əhli-Beytdəndirmi ? Bəzi insanlar Təthir ayəsindən qabaqkı ayələrin Peyğəmbər qadınlarına aid olduğunu göstərərək cahilcə bir fikrə düşmüşlər, halbuki Quran elmindən hali olan əsl insanlar, əsl alimlər bilirlər ki, bu cür müqayisə aparmaq hər zaman düzgün deyil !
"Səhihi Müslim"də səhabə Zeyd ibn Əkrəm®dən Peyğəmbər Əhli-Beytinin kim olduğu və Peyğəmbərin qadınlarının da Əhli-Beytə mənsub olub-olmadığı sual edildikdə o belə cavab verdi:
"Xeyr ! Haqq-təalaya and olsun kiç xeyr ! Qadın müəyyən bir müddəti əri ilə yaşayar və əri onu boşayarsa ailəsinin yanına qayıdar.Halbuki Əhli-Beyt o Həzrətin birbaşa öz ailəsi və birinci dərəcəli əqrabalarıdır.Bunlar sədəqənin onlara haram edildiyi şəxslərdir." (Səhihi Müslim , "Əli ibni Əbu Talibin fəzilətləri babı" , cild 7 səh 133)
"Peyğəmbərin qadınları" - məlumdur ki, cəm halında qadınlara kum yox kunnə əvəzliyindən istifadə edilir.
Başqa bir sübut Peyğəmbər qadınlarından olan Aişə və Hafsa barəsində etdikləri əməllərə görə Təhrim surəsi 1-5 - ci ayələr nazil oldu. Həmin ayələrin birində 4-cü ayədə deyilir ki, "hər ikiniz tövbə edin,qəlbləriniz günaha batdı" . Amma Təthir ayəsi açıq-aşkar bəyan edir ki, Əhli-Beyt hər cür günah və səhvlərdən uzaqdır, təthirdir ! Deməli, Peyğəmbərin qadınları həqiqətən də Əhli-Beytdən deyil !